SON XƏBƏRLƏR

Belçika vətəndaşlarından İranı tərk etmələrini istədi

2022.12.19, 04:50
Belçika vətəndaşlarından İranı tərk etmələrini istədi

Gunaz.tv

Belçikanın Xarici İşlər Nazirliyi vurğulayıb ki, İranda olan Belçika vətəndaşlarının həbs və əsassız məhkum edilmə riski yüksəkdir.

“Bu risk hətta İranda turizm məqsədi ilə olan şəxslərə də şamil edilir. Vətəndaşlarımız həbs olunarsa, onların insan hüquqları təmin edilə bilməz”, - bəyanatda deyilir.

Qeyd olunub ki, İrandakı Belçika səfirliyinin konsulluq dəstəyi göstərmək imkanları son dərəcə məhduddur.

Belçika XİN-in bəyanatda deyilir ki, İranda həbs və ya saxlanma halında “şəxslərin əsas hüquqlarına və təhlükəsizliyinə hörmət edilmir”.

Belçika rəsmiləri dekabrın 14-də bildiriblər ki, İran hökuməti Olivier Vande Kastel adlı belçikalı yardım işçisini 28 il həbs cəzasına məhkum edib.

Belçika vətəndaşı fevral ayında həbs edilib və hazırda Tehranın Evin zindanında saxlanıldığı bildirilir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar