SON XƏBƏRLƏR

Əli Laricani koronavirusa yoluxub

2021.10.20, 07:36
Əli Laricani koronavirusa yoluxub

Gunaz.tv

GünazTV: İran parlamentinin sədri Əli Laricani koronavirusa yoluxub.

 

Bu barədə, İran parlamentinin ictimaiyyətlə əlaqələr bölməsi aprelin 2-də məlumat yayıb.

 

Məlumatda bildirilir ki, son günlər Əli Laricanidə koronavirus infeksiyasının ilkin simptomları aşkar edildikdən sonra ondan test analizləri götürülüb və analizlərin nəticələri müsbət çıxıb.

 

Əli Laricaninin hazırda karantin şəraitində saxlanıldığı, həkimlərin ciddi nəzarətində müalicə aldığı bildirilir. Onun evdə və ya xəstəxanada müalicə aldığı açıqlanmayıb.

 

Xatırladaq ki, İran parlamentinin rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi martın 31-də mediaya açıqlamasında 23 deputatın koronavirusa yoluxmasını təsdiq etmişdi.

 

 

 O bildirmişdi ki, 100 deputatdan “Covid-19” infeksiyası ilə bağlı götürülən test analizlərinin nəticələri müəyyən edilib: “Təəssüflər olsun ki, artıq 23 deputatın test analizləri müsbət çıxıb. Hazırda 40 deputat da koronavirus daşıyıcısı olmaqda şübhəli bilinir” – deyə, İran parlamentinin rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi əlavə etmişdi.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar