SON XƏBƏRLƏR

Elnur Aslanov: “Dmitri Medvedevin səfəri nəticəsində Azərbaycan-Rusiya münasibətləri yeni səviyyəyə yüksələcək”

2021.10.20, 07:36
Elnur Aslanov: “Dmitri Medvedevin səfəri nəticəsində Azərbaycan-Rusiya münasibətləri yeni səviyyəyə yüksələcək”

Gunaz.tv
Elnur Aslanov: “Dmitri Medvedevin səfəri nəticəsində Azərbaycan-Rusiya münasibətləri yeni səviyyəyə yüksələcək” elnuraslanov.jpg Bakı. Laçın Sultanova - APA. “Son vaxtlar Azərbaycanla Rusiya arasında xüsusi siyasi və iqtisadi münasibətlər yaranıb. Əslində 2000-ci ildən sonra bu münasibətlərdə istiləşmə meylləri nəzərəçarpacaq qədər idi”. Bu sözləri APA-ya açıqlamasında Prezidentin İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfərinə münasibət bildirərkən deyib. O, ölkələr arasında münasibətlərin inkişafına təsir edən əsas amilin Rusiya ilə Azərbaycanı bağlayan tarixi tellər olduğunu vurğulayıb: “Eyni zamanda qarşılıqlı münasibətlər mədəni aspektlərə də əsaslanır və iki xalq arasında münasibətlərin daha hərarətli olmasına şərait yaradır. Bu gün Rusiyada çoxlu sayda azərbaycanlının yaşaması və çalışması isə ikitərəfli əlaqələrə təsir göstərən digər amildir”. E. Aslanov Azərbaycanla Rusiya arasında son illər ticarət dövriyyəsinin həcminin artdığını və hazırda 1 milyard 500 milyon dollar təşkil etdiyini, Rusiyanın Azərbaycanın xarici ticarətində Türkiyədən sonra ikinci yeri tutduğunu söyləyib: “Onu da nəzərdən çıxarmaq olmaz ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verir. Rusiya ilə Azərbaycan arasında son illər strateji tərəfdaşlıq münasibətləri yaranıb. Biz əminik ki, səfər iki ölkə arasında münasibətlərin daha intensiv şəkildə inkişaf etməsinə şərait yaradacaq”. E. Aslanov səfərin nəticəsi olaraq Rusiya-Azərbaycan münasibətlərinin yeni səviyyəyə yüksələcəyinə inandığını deyib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar