SON XƏBƏRLƏR

“Əmr be məruf” adı ilə insanların işinə müdaxilə edən gənc döyülüb – Qəzvində

2021.10.20, 07:36
“Əmr be məruf” adı ilə insanların işinə müdaxilə edən gənc döyülüb – Qəzvində

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qəzvin Əyalətində  hökumət tərəfdarı kimi çıxış edən və insanların şəxsi həyatına müdaxilə edən bir gənc ətrafdakı insanlar tərəfindən döyülərək bıçaqlanıb.

 

Sözügedən şəxs Məhəmmədiyyə şəhərində hökumətin sözdə “əmr be məruf” (yaxşı işlərə dəvət etmək) tövsiyyəsinə əməl edərək bir neçə soydaşımızın şəxsi işinə müdaxilə edib. Bəzi mənbələr hökumətin əlatısının adının Əli Cabbari olduğunu bildirib.

 

Məlumata görə, həmin şəxs işlərinə müdaxilə etdiyi şəxslər tərəfindən döyülərək bıçaqlanıb. Əl və üz nahiyyəsindən yaralanan hökumət tərəfdarı Qəzvinin Rəcayi xəstəxanasına aparılıb.

 

Sözdə “insanları yaxşı işlərə dəvət etmək” məsələsi İranda vaxtaşırı insanlar arasında qarşıdurmalara səbəb olur. Oxşar hadisələrə bundan əvvəl də dəfələrlə rast gəlinib, hətta qarşıdurmalarda həyatını itirən insanlar da olub.

Hökumətin sözdə “Əmr be məruf və nəhy az münkər”  (yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək) tövsiyyəsi, hansıki parlamentin də bu barədə qərarı var insanların şəxsi həyatına müdaxilə etmək üçün bir vasitəyə çevrilib. Bu məsələ fürsətçilərin kobud davranması və qanunsuz hərəkətlərinə yol açdığına görə cəmiyyətdə gərginlik yaradır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar