SON XƏBƏRLƏR

Cen Psaki: “Vyana danışıqlarının növbəti mərhələsinin vaxtı barədə Amerika və Avropa tərəfləri qərar verəcək”

2021.10.28, 08:53
Cen Psaki: “Vyana danışıqlarının növbəti mərhələsinin vaxtı barədə Amerika və Avropa tərəfləri qərar verəcək”

Gunaz.tv

Oktyabrın 27-də İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Baqiri Kəni jurnalistlərə açıqlamasında ölkəsinin noyabr ayının sonuna qədər Vyanada aparılan danışıqlara qayıdacağını bildirib.


Psaki deyib ki, Amerika İranın nüvə proqramı ilə bağlı diplomatiya yolunun davam etdirilməsinə sadiqdir.


“İranın nüvə sahəsində provokativ addımlar atdığı bir halda Vyana danışıqlarına qayıtması üçün sonunsuza qədər fürsəti olmayacaq. 


Hesab edirəm ki, Vyana danışıqlarının növbəti mərhələsinin vaxtı barədə Amerika və Avropa tərəfləri qərar verəcək”, -deyə Ağ Evin sözçüsü Cen Psaki bildirib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar