İşçilər bu günə kimi onlara qarşı ədalətsizlik olduğunu qeyd edib, şirkət rəhbərliyinin təklif etdiyi yeni müqavilənin imzalanmamasına çağırıblar.
“Bu günə kimi ən irənc yollarla bizi aldatdıqlarına, hüquqlarımızı tapdaladıqlarına və işçilərin əmək haqlarının mənimsənilməsinə etiraz əlaməti olaraq dinc aksiyalarımızı davam etdirəcək, hüquqlarımızın təmin olunmadığı təqdirdə yeni iş müqavilələrini imzalamayacağıq”-deyə, bəyanat müəllifləri bütün dəmiryolu işçilərini aksiyalara qoşulmağa çağırıblar.
Dəmiryolu işçiləri farsca yaydıqları bəyanatı “Yaşasın Azərbaycan” şüarı ilə bitiriblər.
Qeyd edək ki, Azərbaycan Dəmir Yolları Şirkətinin təmir bölməsində 2000 işçi çalışır və onların bir çoxu podratçı şirkətlər tərəfindən müvəqqəti müqavilələrlə işə götürülüb.
Timur