Deputat Nazirliyə səsləndi: “Cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, İran daxil olur”

16.08.2022, 13:40

Bakıdan bölgələrə səfər edərkən Azərbaycan radio kanalları əvəzinə İran, gürcü kanallarını rahat şəkildə dinləyə bilirik. Bu, illərdir həllini tapmayan problemdir. Rayonlarımızda Azərbaycan radio dalğaları, ümumiyyətlə, tutmur. Lənkəran, Salyan-Neftçala, Beyləqan, Sabirabad, Saatlıda İran kanalları, Balakəndə isə 7-8 gürcü kanalını rahatlıqla dinləyə bilirik. Deputat Cavanşir Paşazadə bildirib ki, bu problem aradan qaldırılmalıdır.

Gunaz.tv Quote | Gunaz article

“Dövlətimizin daha da gücləndiyi bir vaxtda, belə bir problemin hələ də davam etməsi doğru deyil. Qonşu olsalar belə, xarici ölkələrin mətbuatında işıqlandırılan Azərbaycana qarşı yönəlmiş bəzi məsələləri bizim cəmiyyətin eşitməsi, televiziyalarında izləməsi yolverilməzdir. Bu, cəmiyyətimizdə əsəb, gərginlik yaradır. 

Həm də insanlarımız bilirlər ki, həmin ölkələrin mətbuatında yayımlanan müəyyən məlumatlar əsassızdır, düzgün informasiyalar deyil. Sovet dönəmində də Cənub bölgəsinin bir sıra rayonlarında belə problemlər mövcud idi. İranın televiziya dalğaları da daim bizim kanallarla qarışırdı. 

Bilmirəm, hansı texniki məsələ iglə əlaqədardır. Onlarda tezliklərin yüksək olması bizim bölgələrimizdə radio və televiziyada dalğaları üstələyir. Bu problem həmişə olub. İndiki dönəmdə rayonlarımıza rahat gediş-gəliş var, yol insfratrukturu qurulub. İnsanlar rayonlara dincəlmək üçün səfər edirlər, bölgələrə daxil olan kimi yol boyu avtomobildə ancaq İranın radiolarını eşidirlər. 

Cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, yerinə İran daxil olur. Televiziyalarda da İran kanalları göstərir. Bir neçə dəfə bununla bağlı aidiyyəti üzrə müraciət olunub. Bu problemi mətbuata açıqlamalarımda da dəfələrlə səsləndirmişəm"-deyə, deputat qeyd edib.

Azərbaycanın bütün sahələrdə nailiyyətlər qazandığını, inkişaf etdiyini vurulayan deputat hesab edir ki, mətbuatla, televiziya ilə bağlı problemlər də artıq həllini tapmalıdır.

"Sözügedən problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tədbir görməlidir. Naxçıvanda, sərhəd bölgələrimizin hər yerində bu problemlər var. Tez bir zamanda həll olunmalıdır. Çünki cəmiyyətimiz, xalqımız bunu istəyir”-deyə, millət vəkili bildirib. (pravda.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə saxlanılanlardan 40 nəfərinin kimliyi bəlli olub

2022-09-27

gun az article

ETTELAAT Urmuda milli fəalın evinə basqın edib

2022-09-27

gun az article

Təbriz Universitetində aksiya: Stomatologiya fakültəsinin öyrənciləri dərsləri boykot etdi

2022-09-27

gun az article

“Parlaq gələcək”də müzakirə: “Etirazların dəyərləndirilməsi” və “Hədis Nəcəfi”-VİDEO

2022-09-27

gun az article

Azərbaycanın "Şəhid Mədəni" Universitetinin öyrənciləri tətilə başlayıb

2022-09-27

gun az article

İran hökuməti etirazçılara qarşı məhkumlardan istifadə edir

2022-09-27

gun az article

Məlikanda həbs edilən fəallar aclığa başlayıb

2022-09-27

gun az article

Ərdəbildə saxlanılan milli fəallardan xəbər yoxdur

2022-09-27

gun az article

Təbrizdə yazılı vərəqələr yayılıb

2022-09-27

gun az article

ETTELAAT Əhərdə milli fəal Saleh Molla Abbasinin evinə basqın edib

2022-09-27

gun az article

Təbrizdə etiraz aksiyası başlayıb- Güllə və partlayış səsləri eşidilir-VİDEO

2022-09-26

gun az article

Təbriz Universitetində aksiya keçirilib-VİDEO

2022-09-26

gun az article

İran millisinin rəsmi səhifəsi türk futbolçunu izləməyi dayandırıb

2022-09-26

gun az article

"Əxlaq polisi cəmiyyəti hicablı etmədi, əksinə onu iffətsiz və əqidəsiz etdi"-Millət vəkili

2022-09-26

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış edilib

2022-09-26

gun az article

Rəisi Təbrizdə etirazlara qatılanları iğtişaşçı və təxribatçı adlandırıb

2022-09-26

gun az article

Bacısı etirazlarda qətlə yetirilmiş Cavad Heydərinin məzarı başında saçlarını kəsdi-VİDEO

2022-09-26

gun az article

Futbol üzrə İran millisinin üzvü Sərdar Azmun etirazlara dəstək verdi

2022-09-26

gun az article

“Azadlıq səsi”: “Güney Azərbaycan və İranda baş verən olaylar” - VİDEO

2022-09-26

gun az article

İran parlamentinin saytı hakerlər tərəfindən dağıdıldı

2022-09-26