SON XƏBƏRLƏR

Ərdəbil Tibb Universitetinin rəisi koronavirusa yoluxub

2021.10.20, 07:36
Ərdəbil Tibb Universitetinin rəisi koronavirusa yoluxub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxanlar və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.

 

Bazar günü yayılan məlumata görə, Ərdəbil Tibb Universitetinin rəisi Qüdrət Əxəvan Əkbəri təhlükəli virusa yoluxub, onda koronavirus analizinin cavabı müsbət çıxıb.

 

Qüdrət Əxəvan Əkbəri əyalətdə virus epidemiyası başlandığı gündən ardıcıl tibb mərkəzlərinə baxış keçirərək xəstələrin vəziyyəti ilə marağlanıb. Onun bu səbəbdən virusa yoluxduğu ehtimal olunur.

 

Tibb Universitetinin rəisi xəstəliyin əlamətləri göründükdən sonra koronavirus analizi verib, təəssüflə analizin cavabı müsbət çıxıb. O artıq karantinə alınıb.

 

Bazar günü elan olunan məlumata əsasən Ərdəbil Əyalətində 154 nəfər koronavirusa yoluxub, onlardan 16-ı həyatını itirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar