SON XƏBƏRLƏR

Ərdəbildə saxlanılan Murtaza Pərvin prokurorluqda döyülüb - VİDEO

2021.10.20, 07:36
Ərdəbildə saxlanılan Murtaza Pərvin prokurorluqda döyülüb - VİDEO

Gunaz.tv

GünAz TV: Oktyabrın 10-da azərbaycanlı milli-mədəni fəal Murtaza Pərvin Ərdəbilin polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Barəsində çıxarılan məhkəmə hökmünün icrası üçün saxlanılan fəal Ərdəbil Prokurorluğunun hökmləri icra edən bölümünə aparılıb. Məlumata görə, 40 şallaq zərbəsi hökmünün icrasına icazə verməyən fəal məhkəmə məsullarının əmri ilə təhlükəsizlik əməkdaşları tərəfindən döyülüb. Fəalın yaxınlarının dediyinə görə, fəalın döyülərkən aldığı zərbələr nəticəsində başı yarılıb, onun  üz-gözünü qan bürüyüb.

 

Bu vəziyyətə baxmayaraq fəal xəbər yazılan anadək şallaq hökmünün icra edilməsinə imkan verməyib. Murtaza Pərvin şallaq hökmünü qeyri-insani və insan hüquqlarına zidd olduğunu düşünür. O bildirib ki, könüllü şəkildə belə bir hökmün icrasına icazə verməyəcək.

 

Aşağıdakı video Murtaza Pərvin prokurorluqda olduğu zaman çəkilib:

https://www.youtube.com/watch?v=lGJC2mN1TNY&feature=youtu.be

 

Murtaza Pərvin 2017-ci il iyunun 30-da Babək qalası mərasiminə qatıldığı üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Kəleybər Məhkəməsi fəalı “ümumi nizam-intizamı pozmaq”da ittiham edərək islam cəza qanununun 618-ci maddəsinə istinadən fəalın barəsində həbs cəzasını əvəz edən 18 milyon rial nağd cərimə və 40 şallaq zərbəsi hökmü çıxarıb. Hökm sonralar Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsində olduğu kimi qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, ötən gün Murtaza Pərvinin qardaşı Muctaba Pərvin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, o bir neçə saat sonra 15 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Son vaxtlar İran rejiminin azərbaycanlı fəallara qarşı təzyiqləri artıb. Azərbaycan Milli Hərəkatı fəalları təzyiqlərin yeni dərs ili ərəfəsində mədəni tədbirlərin fəallar tərəfindən həyata keçirilməsi ilə əlaqələndirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar