Ərdəbilin millət vəkilləri dövlət rəsmilərinin əyalətdə işsizliklə bağlı yalan açıqlamalarına etiraz bildiriblər

17.07.2018, 08:58

GünAz TV:  Ərdəbilin millət vəkilləri Rza Kərimi və Südeyif Bədri əyalətdə işsizlik səviyyəsi və problemin aradan qaldırması üçün ayrılan vəsait haqda əsassız  statistik məlumatların yayılmasına etiraz bildiriblər.

 

Bu barədə iyulun 15-də “İsna” xəbər agentliyinə danışan Rza Kərimi açıqlanan statistik məlumatların mənbəyinin dəqiq məlum olmadığını deyib.

 

“Kəndlərdə məşğulluq tədbirləri  və bu işlər üçün verilən kreditlərlə bağlı yayılan statistik məlumatlar dəqiq deyil, ona görə də İctimai Rifah, Əmək və Kooperasiya İdarəsi bu məsələyə yenidən baxmalıdır. Ümumiyyətlə son 4 ildə əyalətdə məşğulluq səviyyəsi ilə bağlı açıqlanan rəqəmlər həqiqəti əks etdirmir. Hesab edirəm ki, bu sahədə məlumatlar reallığa uyğun şəkildə hazırlanmalıdır”- deyə o bildirib.

 

Millət vəkili Ərdəbil əyalətində iş yerlərinin açılması üçün heç bir kredit verilmədiyini xüsusi diqqətə çatdırıb. O bildirib ki, banklar əhaliyə kredit vermir, belə bir proses müşahidə olunmur.

 

R.Kərimi “Kəndlərdə məşğulluq sahəsinə 50 milyard tümən məbləğində pul ayrılıb” başlığı ilə yayılan xəbəri təəccüblə qarşıladığını bildirərək qeyd edib ki, bu məlumat doğru deyil, əməldə belə bir hadisəyə şahid olmamışıq.

 

Ərdəbilin digər millət vəkili Südeyif Bədri isə Ərdəbil Əyalətinin məşğulluq üzrə işçi qrupunun İranın Əmək nazirinin qatılımı ilə keçirdiyi iclasda bu barədə danışıb.

“Dövlət rəsmilərinin işsizlik səviyyəsinin aşağı düşməsi ilə bağlı rəsmi açıqlamaları yanlış məlumatdan başqa heç nə deyil və reallığı əks etdirmir. Bütün bunlar yanlış statistik məlumatlar quraşdırmağa bənzəyir. Əyalətdə məşğulluqla bağlı heç bir müsbət dəyişiklik hiss olunmur”- deyə o bəyan edib.

 

Südeyif Bədri Əmək nazirinin qatıldığı tədbirdə Ərdəbil Əyalətində iqtisadi və ictimai vəziyyətin yaxşı olmadığını dəfələrlə dilə gətirib.

 

İqtisadi sahədə Güney Azərbaycanın digər bölgələri də Ərdəbil Əyalətindən fərqlənmir. Rejimin ayrı-seçkilik siyasəti, dövlət büdcəsinin ədalətsizcəsinə paylanılması, bölgəyə sərmayə yatırılmaması, iqtisadi tənəzzüldən dolayı sənaye və istehsal müəssisələrinin ardıcıl bağlanması və s. Azərbaycan əyalətlərində işsizlik səviyyəsini günü-gündən artırdığı üçün bu məsələ milyonlarla soydaşımızın əsas probleminə çevrilib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xudafərində su çatışmazlığı və infrastruktur problemləri həll olunmur

2022-08-13

gun az article

Zəncanda “Dənizsiz Şəhər” türk poeziya toplusu işıq üzü görüb

2022-08-13

gun az article

Marağanın cümə imamı Azərbaycana qarşı ittihamlar səsləndirib

2022-08-13

gun az article

Qəzvinli jurnalist həbs cəzasına məhkum edilib

2022-08-13

gun az article

“Körpü”də müzakirə: “İranın Azərbaycanla bitməyən düşmənçiliyi”-VİDEO

2022-08-13

gun az article

“Sözümüz” proqramında müzakirə: “İranda məhərrəmlikdən sui istifadəçilik” -VİDEO

2022-08-13

gun az article

Savə zindanında iki məhkum edam edilib-Onlardan biri azərbaycanlıdır

2022-08-13

gun az article

Urmu gölü ilə bağlı aksiya keçirilib

2022-08-12

gun az article

Qərbi Azərbaycanda serum tapılmır

2022-08-12

gun az article

İranda daha 3 məhkum edam edilib

2022-08-12

gun az article

İran yığmasının güneyli boksçusu məşq zamanı həyatını itirib

2022-08-12

gun az article

Marağada gənclər arasında işsizlik artıb

2022-08-12

gun az article

Həmədanda kütləvi zəhərlənmə

2022-08-12

gun az article

Bazərqan gömrüyündə etiraz aksiyası keçirilib

2022-08-12

gun az article

"Traxtur" klubuna yeni menecer təyin edilib

2022-08-11

gun az article

Ərdəbil Polad Şirkəti tarixi Qara Həsənli məkanını dağıdır

2022-08-11

gun az article

Muğanda Urmu gölü ilə bağlı aksiya keçirilib

2022-08-11

gun az article

Türkiyə ordusu Güney Azrbaycana torpaq iddiası edən terrorçunu Suriyada öldürüb

2022-08-11

gun az article

Güneyli rejissor Zunuzun ekoloji problemləri ilə bağlı sənədli film çəkib

2022-08-11

gun az article

“Görüş”də müzakirə: “İranin Azərbaycana qarşı düşmənçiliyi davam edir” və “İran rejiminin məhərrəmçilikdən sui-istifadəsi”- VİDEO

2022-08-11