SON XƏBƏRLƏR

Erməni icmasının nümayəndələri ilə görüş qeyri-mümkündür

2021.10.20, 07:36
Erməni icmasının nümayəndələri ilə görüş qeyri-mümkündür

Gunaz.tv
Erməni icmasının nümayəndələri ilə görüş qeyri-mümkündür Novruz Məmmədov: "Bu o zaman reallaşa bilər ki, problemin həlli ilə bağlı Ermənistanla Azərbaycan arasında müəyyən bir sənəd imzalansın" "Münaqişə tərəflərinin icma nümayəndələrinin görüşü o zaman mümkün ola bilər ki, problemin həlli ilə bağlı Ermənistanla Azərbaycan arasında müəyyən bir sənəd imzalansın". Bunu deyən Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun sözlərinə görə, yalnız bundan sonra hansısa məsələ ətrafında müzakirələr aparmaq olar: "Yalnız bundan sonra Dağlıq Qarabağda erməni icmasının yerləşməsi, qaçqınların qayıtması və yaxud bərpa işləri, təhlükəsizlik məsələləri ilə əlaqədar texniki məsələlər ətrafında onların rəhbərləri ilə danışıqlara başlamaq olar. Yaxud Ermənistan bu problemdən tamamilə kənara çəkilməlidir. Məlumdur ki, Azərbaycan ərazilərini erməni silahlı qüvvələri işğal edib. Bu gün də Dağlıq Qarabağda elə bir qüvvə yoxdur. Onlar yalnız Ermənistanın dəstəyi ilə orada dayanırlar. Həmin qüvvələr Azərbaycanın daxili işlərinə qarışmamaq şərtilə tamamilə kənara çəkilərsə, Azərbaycan öz ərazisində onlardla müəyyən danışıqlara gedə bilər". Xatırladaq ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı yüksək səviyyədə danışıqların aparılması ilə yanaşı münaqişə tərəflərinin icma üzvlərinin görüşməsi də təklif olunur. ("OLAYLAR"İA) olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar