SON XƏBƏRLƏR

Erməni müxalifəti Köçəryanı sıxışdırır

2021.10.20, 07:36
Erməni müxalifəti Köçəryanı sıxışdırır

Gunaz.tv
Erməni müxalifəti Köçəryanı sıxışdırır kocharyan.jpg Xocalı soyqırımının törədilməsində iştirak etmiş eks-prezidentin Haaqa Tribunalına yolunun açılması üçün Azərbaycan ictimaiyyəti də fəallaşmalıdır Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Haaqa Beynəlxalq Məhkəməsinə verilməsi üçün ölkə daxilində 100 mindən çox imza toplanıb. İyulun 14-dən imzatoplamaya başlayan müxalifət eks-prezidenti martın 1-də İrəvanda baş vermiş qanlı hadisələrdə günahlandırır. 1990-cı illərin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı qətliamlara, torpaqlarımızın işğalına, Xocalı soyqırımının törədilməsinə birbaşa rəhbərlik edən Robert Köçəryanın Haaqa Tribunalına gedişi sürətlənə bilər. Tural Rasimoğlu Erməni müxalifətinin müraciətindən sonra rəsmi Bakı Xocalı soyqırımının törədilməsinə birbaşa rəhbərlik edən eks-prezidentin həbsi olunmasıyla əlaqədər ciddi sənədlər ortaya qoya bilər. Belə istintaq sənədləri indiyədək Azərbaycanın hüquq-mühafizə orqanlarında toplanıb, bu prosesi yenidən bərpa etməyə yenidən ehtiyac var. Mütəxəssislərin fikrincə, Azərbaycan hərbi cinayətlərdə təqsirləndirilən Robert Köçəryana qarşı ittihamlar irəli sürər və Haaqa Tribunalına müraciət edə bilər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu erməni müxalifətinin imzatoplama aksiyasının nəticəsinin olacağına tam inanmasa da, bu prosesin özünün rəsmi İrəvanın beynəlxalq imicinə ciddi zərbə vuracağını söylədi. Ekspert Robert Köçəryanın Xocalıda, Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi soyqırım əməllərinin, hərbi cinayətlərin hazırda Haaqa Tribunalında, müttəhimlər kürsüsündə əyləşən Rodavan Karaçicin cinayətlərindən fərqlənmədiyi vurğuladı: "Ola bilsin ki, erməni müxalifətinin topladığı imzalar Haaqa Tribunalında diqqətə alınmasın. Ancaq imzatoplama kampaniyasını ciddi siyasi hadisə hesab etmək olar. Bütün dünyaya belə bir mesaj göndərilir ki, həqiqətən də keçmiş prezident öz xalqına qarşı gücdən istifadə edərək vətəndaşlarını qətlə yetirib. Erməni müxalifətin bu aksiyanı keçirməsi Azərbaycanın da xeyrinədir, çünki Robert Köçəryanın kimliyini üzə çıxaracaq. Uunutmaq olmaz ki, təkcə eks- prezident deyil, onun varisinin də Azərbaycan torpaqlarının işğalında, qətliamlarda böyük rolu olub". Ekspertin sözlərinə görə, erməni müxalifətinin imzatoplama kampaniyası indiki Ermənistan hakimiyyətinin beynəlxalq imicinə ciddi təsir göstərir: "Bu proses Robert Köçəryanın və indiki prezident Serj Sərkisyanın siyasi imicinə böyük zərbə vuracaq. Rəsmi Bakı isə bu reallıqları dəyərləndirilməli, Xocalı soyqırımının törədilməsində bğirbaşa iştirak etmiş Robert Köçəryanın Haaqa Tribunalı qarşısında dayanması üçün məqsədyönlü işlər görülməlidir. Bu nəticəyə birdən birə nail olmaq, ümumiyyətlə nail olmaq çətin olsa da, Azərbaycan-Ermənistan arasında sülh danışıqlarında rəsmi Bakının əlində mühüm bir faktora çevrilə bilər". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar