SON XƏBƏRLƏR

ERMƏNİ MÜXALİFƏTİ QIZMAR GÜNƏŞDƏ DƏ KÜÇƏNİ TƏRK ETMİR

2021.10.20, 07:36
ERMƏNİ MÜXALİFƏTİ QIZMAR GÜNƏŞDƏ DƏ KÜÇƏNİ TƏRK ETMİR

Gunaz.tv
ERMƏNİ MÜXALİFƏTİ QIZMAR GÜNƏŞDƏ DƏ KÜÇƏNİ TƏRK ETMİR Baş prokurorun keçmiş müavini Qaqik Cangiryan: “Azad Ermənistan naminə həbsdə də qalmağa hazırıq” 4654.jpg Qızmar günəşə və isti hava şəraitinə baxmayaraq, İrəvanın Şimal prospektində çadırlar quraraq oturaq aksiya keçirən Ermənistan müxalifəti mübarizəni dayandırmır. Xəbər verildiyi kimi, iyulun 4-də Ermənistan müxalifəti eks-prezident Levon Ter-Petrosyanın başçılığı altında olduqca izdihamlı mitinq və yürüş keçirib. Məlumatlara görə, İrəvan meriyasının icazə vermədiyi aksiyada 100 minə qədər adam olub. Bu, Ermənistan müxalifətinin mart toqquşmalarından sonra keçirdiyi ən izdihamlı aksiyadır. Həmin aksiyadan sonra müxalfət liderləri elan ediblər ki, avqustun 1-dək İrəvanın Şimal prospektində oturaq etiraz aksiyası keçiriləcək. Əgər həmin müddətə qədər hakimiyyət seçkidən sonra həbs edilən müxalifətçiləri azadlığa buraxmasa və martın 1-də dinc nümayişçilərə qarşı silah işlədilməsinə görə məsuliyyət daşıyanları cəzalandırmasa, o zaman prezident Serc Sərkisyanın istefası tələb olunacaq. Oturaq aksiya icazəsiz olsa da polis ona müdaxilə etmir. Məlumatlara görə, müxalifətçilər prospektdə qurulmuş bir neçə çadırda aksiyanı davam etdirirlər. Aksiya iştirakçıları növbə əsasında dəyişir. Erməni Ümummilli Hərəkatının nümayəndəsi Levon Zurabyan deyib ki, martın 4-də keçirilmiş yürüş-mitinq təkcə müxalifətin yox, polisin və hətta hakimiyyətin qələbəsi adlandırıla bilər. Çünki sübut olundu ki, Ermənistanda sivil metodlarla, toqquşmalara və zorakılıqlara yol vermədən mübarizə aparmaq mümkündür. Ermənistanın baş prokurorunun keçmiş müavini, seçkilərdən sonra Levon Ter-Petrosyanın qələbəsini tanıyaraq tərəfinə keçən və buna görə həbs edilən Qaqik Cangiryan isə həbsxanadan müxalifət tərəfdarlarına müraciət edib. Müraciətdə Cangiryan qeyd edir ki, 4 aydır həbsdə olduğu müddətdə onlara kamerada müntəzəm olaraq fiziki-psixoloji təzyiq edilib: “Lakin biz öz azadlıqlarımızı siyasi alver vasitəsinə çevirmədik və heç bir qüvvə qarşısında əyilmədik. Bizim sizdən bir xahişimiz var. Qoy həbsdə olmağımız sizin mübarizənizi zəiflətməsin. Müstəqil və azad Ermənistan uğrunda biz nə qədər lazım olsa o qədər həbsdə qalmağa hazırıq. Biz Levon Ter-Petrosyana və onun başçılıq etdiyi müxalifət qüvvələrinə müraciət edirik: ölkəmizin layiqli gələcəyi naminə ümumxalq hərəkatına sonadək başçlıq edin. Həbsdə olsaq da, bu mübarizədə sizinlə bir yerdəyik.” F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar