SON XƏBƏRLƏR

Ermənilər 22 muzeyimizi yandırıb.İşğal olunmuş ərazilərimizdə 500-dən çox memarlıq abidəsi yer üzündən silinib

2021.10.20, 07:36
Ermənilər 22 muzeyimizi yandırıb.İşğal olunmuş ərazilərimizdə 500-dən çox memarlıq abidəsi yer üzündən silinib

Gunaz.tv
Ermənilər 22 muzeyimizi yandırıb İşğal olunmuş ərazilərimizdə 500-dən çox memarlıq abidəsi yer üzündən silinib Orxan Ermənilər kimi şovinist bir xalq kimi tarixən təkcə doğma torpaqlarımıza təcavüzlə kifayətlənməyiblər. Onların məkrli və sistemli planlarında mədəniyyətimizə qarşı səlib müharibəsi də paralellik təşkil edib. Ermənilərin özlərindən hər cəhətdən üstün bir millətin mədəni dəyərlərinə, sərvətlərinə sahib çıxmaq iddiasının arxasında aşağı mədəniyyətlərini bizim musiqi ilə ört-basdır etmək, köksüz millət olduqlarını bizim min illərlə yaşı olan tarixi-mədəni abidələrimizi özününküləşdirməklə unutdurmaq planları durub. 1988-ci ildə ermənilər yenidən torpaq iddiası ilə Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlayanda məlum oldu ki, uzun illərdir onlar ölkəmizin müxtəlif regionlarından qədim tarixi-əhəmiyyətli yazılı daşlar, muzey əşyaları oğurluqlarıyla məşğul olublar. Bu tip mədəni genosid yeni erməni təcavüzü ilə daha amansızcasına vüsət aldı. İşğal olunmuş ərazilərdə yüzlərlə tarixi abidəmizin dağıdılması, qarət edilməsi erməni vandalizmini bir daha sübut etdi. Həm məhv etmək, həm də özlərinə sərf edən formada abidələrimizin özününküləşdirmək dünyada yalnız erməni sindromu kimi dəyərləndirilə bilər. Təsəvvür edin ki, bir vaxtlar bütün Avropanı öz millətçi-irqçi şüarları ilə lərzəyə gətirmiş faşizm zəbt etdiyi Parisdə Eyfel qülləsini darmadağın edir. Lakin dünyanın təsəvvürünə belə sığışdırmadığı bu hadisə baş verməyib. Amma dünya erməni millətçiliyinin hər cür vandalizmə qadir olduğunu hələ də tam anlaya bilməyib. Bunun üçün erməni siyasətini və onun konturlarını anlamaq gərəkdir. Təcavüzkar qonşularımızın tarixi saxtalaşdırmaq hesabına özlərinə tarix yaratmaq cəhdlərinin kökü bir neçə əsr əvvələ gedib çıxır. Onların xarici siyasətində ilk prinsip köç etdikləri qonşu dövlətin ərazisini işğal etmək, yerli xalqın tarixi izlərini tam silmək və özününküləşdirmək olub. Məhz indiki Ermənistan dövləti də bu məkrli siyasət nəticəsində meydana gəlib. Ermənilər köç etdikləri yerdə başlıca olaraq yerli toponimləri "erməniləşdirir", məişət qaydalarına yiyələnir və ani imkan düşən kimi təcavüzkar meyllərini işə salaraq arxadan bıçaq zərbəsi vururlar. Tarixi saxtalaşdırmaq planlarını pillə-pillə həyata keçirən ermənilər 1988-ci ildən bunu açıq surətdə həyata keçirməyə başladılar. İşğal etdikləri ərazilərdə bizə qarşı genosid törədən bu sosuz xalq tarixi-memarlıq abidələrimizə də eyni üsulu tətbiq edib aə etməkdədir. Maddi və mənəvi dəyərlərimiz də torpağımız kimi erməni işğalına məruz qalıb. İşğal olunmuş ərazilərdə 100-dən çox arxeoloji, 500-dən çox memarlıq abidəsi artıq yer üzündən silinib. 22 müxtəlif səpkili muzey dağıdılıb və talan edilib. 927 kitabxana, 4 dövlət teatrı yandırılıb, 4 incəsənət qalereyası və 20 dünya şöhrətli muzeydənkənar abidə qismən və ya tamamilə bərbad hala salınıb, maddi nünümunələr oğurlanıb. Təkcə bu faktlar Azərbaycan mədəniyyətinə qarşı erməni nifrətinin göstəricisi ola bilər. Faktlar sarsıdıcı rəqəmlərlə silsilə şəklində artmaqdadır. 474 sayda memorial abidə, 200-dən artıq arxeoloji zonalar erməni işğalındadır. Üstəlik erməni "məharəti" hələ də davam etməkdədir. Ssenari eyniyyət təşkil edir: "Naxçıvan da bizimdir, orada qədim erməni abidələri var". Ərəbcə yazısı olan qədim başdaşını oğurlayıb özünə qədimlik verən bir millətin bic doğulduğunı, yarandığını dünyaya sübut etmədikcə dünya bu faktlardan sarsılmayacaq. Xalq mahnımız olan "Sarı gəlin"i belə işğal etmələri onların bir xalq kimi mədəni geriliyini, əyani şəkildə təsdiqləyir. Vəhşi heyvanların yeri isə dəmir qəfəsdir. Mədəni sərvətlərimizin düşmən tapdağı altında inləməsi onların elmi inventarlaşdırılmasında da müəyyən əngəllər yaradır. İnventarlaşdırma işinin məqsədi abidələrin qorunmasını və mühafizəsini daha yüksək səviyyədə reallaşdırmağa xidmət edən tədbirlər planını həyata keçirməklə düşmən əlinə keçmiş maddi sərvətlərimizin siyahısını hazırlayaraq, onu dünyanın diqqətinə çatdırmaqdır. Sözsüz ki, sözügedən abidələr dövlətimizin nəzarətində olmadığı üçün onları qoruyub, mühafizə etmək də imkan xaricindədir. Amma bu situasiyada məhz ermənilərin mədəniyyətimizə qarşı vandal hərəkətlərini beynəlxalq aləmə sistemli şəkildə çatdırmaq böyük bir addım olardı. Mədəniyyət və Turizm Nazirliyi dəfələrlə beynəlxalq qurumlar qarşısında erməni vandalizmi ilə bağlı məsələlər qaldırıb. Mədəniyyətimizə qarşı erməni özbaşınalığı Avropa Şurasında da müzakirə edilib və həmin müzakirələrdə Qarabağda, Ermənistan ərazilərində Azərbaycan abidələrinəə baxış keçirilməsinin vacibliyi önə çıxıb. Məsələyə yetərincə reaksiya verən YUNESKO da erməni vəhşətinin Avropa Şurasında müzakirəsinə dəstək olub. Mədəniyyət və Turizm Nazirliyi işğal altındakı torpaqlarımızda yerləşən abidələrin vəziyyəti, siyahıların dəqiqləşdirilməsilə bağlı digər strukturlarla mütəmadi iş aparır. Artıq beynəlxalq aləm də ermənilərin mədəniyyətimizə yönəlik genosid siyasətindən xəbər tutmaqdadır. Bir çox nüfuzlu dünya muzeylərinin ermənilərin bizdən oğurladıqları mədəni sərvətləri öz adlarına təqdim etməsinə qarşı çıxması faktları Mədəniyyət və Turizm Nazirliyinin sistemli iş apardığının göstəricisidir. Bu iş təkcə bir nazirliyin imkanları daxilində həll oluna bilməz. Ən azı ona görə ki, Azərbaycan mədəniyyəti bütünlüklə Azərbaycan xalqına məxsusdur. Məhz bunun üçün tarixçilər, ziyalılar, QHT-lər, KİV-lər də nazirliklə əlaqəli işləməlidirlər. ...Mədəniyyətdən xali ermənilərin mədəniyyət daşıyıcısı olan xalqa gec-tez uduzacağı şəksizdir. Bir az gec, bir az tez... xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar