SON XƏBƏRLƏR

Ermənistan Gürcüstanın antiermənistan mövqeyini yumşalda bilməyəcək

2021.10.20, 07:36
Ermənistan Gürcüstanın antiermənistan mövqeyini yumşalda bilməyəcək

Gunaz.tv
"Ermənistan Gürcüstanın antiermənistan mövqeyini yumşalda bilməyəcək" erm-gurcu-09.jpg Ermənistanın tarix elmləri namizədi region üzrə xarici siyasətdə çevikliyin olmaması üzündən, Ermənistanın rolunun güclü şəkildə azaldığını iddia edir «Ermənistanın regionda rolu indikindən dəfələrlə çox və fəal ola bilərdi. Həm də bu, Dağlıq Qarabağ məsələsi və Ermənistanın Türkiyə tərəfindən blokadaya alınması ilə bağlı deyil». Bunu PanArmenian.net saytına müsahibəsində «Mitk» analitik mərkəzinin sədri, tarix elmlər namizədi Eduard Abramyan deyib. Onun sözlərinə görə, xarici işlər üzrə idarəçiliyin bacarıqsızlığı və region üzrə xarici siyasətdə çevikliyin olmaması üzündən Ermənistanın rolu güclü şəkildə azalıb. «Gürcüstanın xarici siyasətində getdikcə güclənən Ermənistan əleyhinə mövqeyini yumşaltmaq və Tiflisin ölkə daxilindəki Ermənistan əleyhinə yürütdüyü siyasətə qarşı durmaq üçün Ermənistanın real şansı yoxdur». «Tiflisin öz erməni vətəndaşlarına və Ermənistana qarşı nümayiş etdirdiyi etnosiyasi barışmazlığa qarşı Ermənistan heç nə qoymur. Lakin Ermənistanın özü ermənilərin gur məskunlaşdığı Samtsxe-Cavaxetya bölgəsini iqtisadi və təhsil baxımından özünə birləşdirərək oradakı sabitlik və inkişafın zəmanətçisinə çevrilə bilər»,- deyə o vurğulayıb. Abramyan hesab edir ki, Samstxe-Cavaxetiya bölgəsinin siyasi və ərazi muxtariyyətinə çatdırılması yolu ilə Ermənistan Acarıstana qarşı iqtisadi və hər şeydən öncə siyasi təsirini artırmalıdır. «Bu Tiflisi İrəvanın qərarlarına qulaq asmağa məcbur edə bilərdi. Acarıstan və Samstxe Cavaxetiya bölgəsi erməni dövlətinin Qara dənizə çıxışı deməkdir. Bu dövlətçiliyin və bütövlükdə millətin blokadası məsələsində birdəfəlik həllidir. Nə qədər qəribə olsa da, bu gün Bakı bu üsulu məhz Kvemo -Kartli bölgəsində seçib. Orada Azərbaycan sərmayəsi ilə müəssisələr və zavodlar açılır. Vahid regional siyasi qurumlar yaratmaqla Gürcüstandakı Azərbaycan icması ilə siyasi qüvvətlənmə mərhələsi başlanılıb. Bunların sırasında Gürcüstan azərbaycanlılarının milli assambleyasını və bu il təsis olunmuş Gürcüstan azərbaycanlılarının vahid siyasi partiyasını göstərmək olar. Samstxe-Cavaxetiyanın bir siyasi subyekt kimi ölməsi fonunda Kvemo-Kartli getdikcə güclənir və bu gün artıq yavaş-yavaş həm iqtisadi, həm də etni-siyasi planda muxtariyyət əldə etməyə daha çox şans qazanır», - deyə o vurğulayıb. Analitikin fikrincə, fəlakətdən yaxa qurtarmaq üçün Ermənistanın yeni rəhbərliyi Samstxe-Cavaxetiya bölgəsinin erməni əhalisinin gürcüləşdirilməsinin və bölgədən köçməsinin qarşısını almalıdır. Bunun üçün isə ən azı bölgəyə birbaşa erməni sərmayələri qoyulmalıdır./ANS PRESS/ ---------------------------------------------------------------------- «Rusiya təxribat xarakterli addımlar atır» metyu_brayza.jpg Bunu Tiflisdə mətbuat konfransı keçirən Metyu Brayza bəyan edib Bu gün Tiflisə gələn ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ Rusiyanın hərbi əməliyyatların başlanması ilə bağlı bəyanatlarından narahatdır. Metyu Brayza Gürcüstana hakimiyyət və müxalifət nümayəndələri, eləcə də Abxaziya separatçılarının liderləri ilə danışıqlar aparmaq üçün gəlib. «Biz əvvəlki kimi Rusiyanı Abxaziya və Cənubi Osetiya tanınmamış respublikaları ilə əlaqələrin dərinləşməsi ilə bağlı qərardan imtina etməyə çağırırıq» deyən Metyu Brayzanın sözlərinə görə, rəsmi Moskvanın təxribat xarakterli addımları fonunda Gürcüstanın hərəkətləri olduqca təmkinlidir. ABŞ dövlət katibinin müavini Rusiyanı Gürcüstanla əməkdaşlıq etməyə, eləcə də prezident Mixail Saakaşvilinin münaqişələrin nizamlanması ilə bağlı planına yardım göstərməyə çağırıb: «Danışıqlar prosesi gürcü və abxaz xalqlarının sülh şəraitində birgə yaşamasına, qaçqınların öz ərazilərinə qayıtmasına kömək edə bilər». /ANSPRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar