SON XƏBƏRLƏR

Ermənistan müxalifəti mübarizəni sonadək davam etdirmək niyyətindədir

2021.10.20, 07:36
Ermənistan müxalifəti mübarizəni sonadək davam etdirmək niyyətindədir

Gunaz.tv
Yerevan Ağsaqqallar Şurasına keçrilən seçklərdə saxtakarlığa yol verilməsi müxalifət düşərgəsinin yenidən fəallaşmasına səbəb olub. İndi bu düşərgə bir birinin ardınca kütləvi etiraz aksiyaları keçrir. Dünən Yerevanın mərkəzindəki «Matenadaran» meydanında təşkil olunan aksiyda müxalifət lideri Levon Ter- Petrosyan hakimiyyət əleyhinə kəskin bəyanatlar səsləndirib. Hələ mitinqdən bir neçə gün əvvəl Ermənistanın paytaxtına gedən yollar ciddi polis nəzarətinə götürülüb. Dünən isə hakimiyyət qüvvələri bölgələrdən Yerevan şəhərinə gedən marşurut avtobusların fəaliyyətini məhdudlaşdırıb. Bəzi bölgələrdə hətta hərbçilərdə bu tədbirlərə cəlb olunub. Hakimiyyət bu yolla regionlardan gələn yüzlərlə insanın etiraz aksiyalarında iştirakına imkan verməyib. Mitinqin keçirələcəyi gün yerlərdə polisin müxalifət tərəfdarlarına təyziqlərinin daha da artması və Yerevana getməmələri üçün hədələnmələri də göstərir ki, Ermənistan iqtidarı ölkədə cərəyan edən prooseslərin nəzarətdən çıxmasınedan ehtiyatlanır. Lakin hakimiyyətin bütün cəhdləri nəticəsiz qalıb. Əhalinin siyasi cəhətdən aktiv təbəqəsindən olan insanlar müxtəlif yollarla da olsa ermənistan paytaxtına gəliblər. Beləliklə Ermənistan Milli Konqresinin növbəti möhtəşəm mitinqi baş tutub. Mitinqdə çıxış edən eks-prezident Levon Ter- Petrosyan bildirib ki, müxalifət öz mübarizəsini prezident Serj Sarkisyan ölkəni tərk edənədək davam etdirəcək. O, bütün siyasi qüvvələri, o cümlədən Daşnaksütyun və koalisiya ortağı «Çiçəklənən Ermənistan» partiyalarını milli hədəflər naminə həmrəyliyə dəvət edib. Mitinq izdihamlı yürüşlə başa çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar