SON XƏBƏRLƏR

ERMƏNİSTAN ÖZ SİYASƏTİNİN ƏSARƏTİNDƏ

2021.10.20, 07:36
ERMƏNİSTAN ÖZ SİYASƏTİNİN ƏSARƏTİNDƏ

Gunaz.tv
ERMƏNİSTAN ÖZ SİYASƏTİNİN ƏSARƏTİNDƏ mubariz_ehmedoglu.jpg Ermənistanın Türkiyə ilə sərhəddin heç olmasa 15 günlüyə açılmasını xahiş etməsi rəsmi Yerevanın acizlik və başını itirməsi kimi qiymətləndirilə bilər. Poitoloqlar hesab edir ki, bunun da bir səbəbi var - Ermənistandakı sosial etirazlar. Regiondakı proseslərdən narahat olan Almaniya kansleri Angela Merkelsə yeni təkliflə çıxış edib. Gürcüstanda baş verən son olaylardan sonra Ermənistan iflic vəziyyətinə düşüb. Ölkədə ərzaq və yanacaq qıtlığı yaranıb. Yanacağın qiyməti beş dəfə artıb. Acınacaqlı vəziyyətin yarandığını görən Ermənistan hökuməti özünü sındırmamaq üçün qeyri hökumət təşkilatlarının əli ilə vəziyyətdən çıxış yolu axtarır. Belə ki, erməni QHT – ləri Azərbaycan, Gürcüstan və Türkiyədən heç olmasa 15 günlüyə Türkiyə – Ermənistan sərhəddinin açılmasına şərait yaradılmasını xahiş edib. Bu arada Almaniya kansleri Angela Merkel regionun geosiyasi əhəmiyyətini nəzərə alaraq, Qafqaz sammitinin keçirilməsini təklif edib. Merkel bu barədə Fransa prezidenti Nikola Sarkoziyə məktubunda bildirib. Amma hökümət başçısının təklifi nə qədər realdır? Bunu düşünmək bir o qədər də çətin deyil. Politoloq Mübariz Əhmədoğlu deyir ki, avropalı liderlər belə bəyanatlar verməzdən əvvəl, regiondakı vəziyyətlə yaxından tanış olmalıdırlar. Qafqazda bölgənin sabitliyini hər an təhdid edən, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan kimi barıt çəlləyi var. İkincisi, rəsmi Yerevan neçə illərdir ki, beynəlxalq təşkilatların etirazlarına baxmayaraq, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Belə olan vəziyyətdə Qafqaz sammiti və ermənilərlə danışqlar masası arxasında əyləşmək, növbəti iflasa məhkum təklif kimi qiymətlənidirilə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar