SON XƏBƏRLƏR

Ermənistan yenidən çalxalanır

2021.10.20, 07:36
Ermənistan yenidən çalxalanır

Gunaz.tv
Ermənistan yenidən çalxalanır Müxalifət Sərkisyanın istefasını tələb edir erevan.jpg İrəvanda Levon Ter-Petrosyanın tərəfdarlarının keçirdiyi oturaq aksiya zamanı növbəti insident baş verib. "Armtoday" informasiya agentliyinin məlumatına görə, dünən gecə oturaq aksiya iştirakçılarına publisist Vaqram Saakyan baş çəkib. Verilən məlumata görə, publisist qaz tapançası ilə silahlı olub. Nəticədə çaxnaşma düşüb və aksiya iştirakçılarının xahişi ilə polis Saakyanı saxlayıb. İnsidentin şahidi olmuş müxalifət fraksiyasının deputatı Armen Martirosyan orada olanlardan birinin Saakyandan aldığı tapançanı polisə təqdim edib. Bundan başqa deputat hüquq-mühafizə orqanlarına Varqam Saakyanın özünü təslim edib. Deputat Saakyanın Şimal prospektində konkret olaraq nə etdiyi və insident nəticəsində xəsarət alanlar barədə məlumat verməkdə çətinlik çəkib. Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda, Şimal prospektində iyulun 4-dən müxalifət tərəfdarlarının bütün sutka ərzində oturaq aksiyası davam edir. Müxalifət ayın sonuna qədər aksiyanı davam etdirəcəyini bildirib və tələblərinin yerinə yetirilməsi ilə bağlı prezident Serj Sarkisyana bu ayın sonuna qədər vaxt verib. Müxalifət lideri, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, əgər irəli sürülən tələblər yerinə yetirilməsə, avqustun 1-də keçirilməsi planlaşdırılan ümumrespublika mitinqində müxalifət Serj Sarkisyanın təcili istefasını və növbədənkənar prezident seçkisinin keçirilməsini tələb edəcək: "Avqustun 1-nə kimi Sarkisyan bütün siyasi məhbusları azad etməli, müxalifət tərəfdarlarına, o cümlədən sahibkarlara qarşı polis və vergi terrorunun qarşısını almaq üçün addımlar atmalıdır. Bizim ultimatumlar arasında 1 mart hadisələrinin təşkilatçılarının, eləcə də Ermənistanın eks-prezidenti Robert Koçaryanın tez bir zamanda məsuliyyətə cəlb edilməsi tələbi də var". Ermənistanın "İrs" partiyasının dünən keçirilən beşinci qurultayında ölkənin baş nazinin dialoq təklifini cavablandıran Ter-Petrosyanın deyib ki, köklü dəyişikliklər etmək üçün hökumətdəki "Aqvi tövlələri"ni (son dərəcə zibilli, natəmiz yer) təmizləmək lazımdır. Eks-prezident qeyd edib ki, ölkədə çətin siyasi vəziyyət yaranıb və heç bir siyasi qüvvə ayrı-ayrılıqda vəziyyəti dəyişmək iqtidarında deyil. Ter-Petrosyanın fikrincə, tərəfdarlarının 2008-ci il fevralın 19-da keçirilən prezident seçkisi ərəfəsi yaratdığı seçki bloku müvəqqəti qurum olmamalı, situasiyanı dəyişdirmək üçün fəaliyyətini davam etdirməlidir. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar