SON XƏBƏRLƏR

Ermənistanın Azərbaycana vurduğu 60 milyard dollar ziyan ödənilməlidir

2021.10.20, 07:36
Ermənistanın Azərbaycana vurduğu 60 milyard dollar ziyan ödənilməlidir

Gunaz.tv
«Ermənistanın Azərbaycana vurduğu 60 milyard dollar ziyan ödənilməlidir» xezer_ibrahim_21_01_08.jpg Bu barədə bəyannamə Uqandada İslam İnkşaf Konfransı Təşkilatı xarici işlər nazirlərinin şurasının gbrüşündə əldə edildiyini bildirib «Avropa İttifaqının Azərbaycan Əməkdaşlıq Komitəsi 9-cu icalasını keçirib. iclasda iştirak edən azərbaycanlı nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbrlik edib. Toplantıda Avropa ittifaqının qonşuluq siyasəti planının həyata keçirilməsi, regionda təhlükəsizlik, Dağlıq Qarabağ məsələsi, enerji təhlükəsizliyi, azad söz, mətbuat, insan azadlıqları və hüquqları kimi sairə problemlər müzakirə olunub". Bu barədə məlumatı bu gün brifinq keçirən XİN-nin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim verib. O, iyunun 19-da Uqandada İslam İnkşaf Konfransı Təşkilatı xarici işlər nazirlərinin şurasının görüşü barədə də məlumat verib. Xəzər İbrahim görüşdə Azərbaycanı nazir müavini Vaqif Sadıxov təmsil etdiyini deyib. Onun sözlərinə görə, konfransda Ermənistanın Azərbaycan ərazilərinin işğalı nəticəsində vurulmuş ziyan, Azərbaycan ərazilərinin tez bir zamanda boşaldılması və müqəddəs yerlərin müdafiəsi məsələləri müzakirə olunub. Bu müzakirələr nəticəsində Kompala bəyannaməsi qəbul olunub. Bəyannamədə Ermənistanın Azərbaycana 60 milyard dollar işğal zamanı ziyan vurduğu, dəymiş ziyanın tez bir zamanda ödənilməsi və ərazilərin boşaldılması qərara alınıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar