SON XƏBƏRLƏR

Ermənistanın BMT-dəki daimi nümayəndəsi Nyu Yorkda Türkiyə təmsilçilərinin verdiyi ziyafətdə iştirak edib

2021.10.20, 07:36
Ermənistanın BMT-dəki daimi nümayəndəsi Nyu Yorkda Türkiyə təmsilçilərinin verdiyi ziyafətdə iştirak edib

Gunaz.tv
Ermənistanın BMT-dəki daimi nümayəndəsi Nyu Yorkda Türkiyə təmsilçilərinin verdiyi ziyafətdə iştirak edib Armen Martirosyan Türkiyə Prezidentini İrəvanda səbirsizliklə gözlədiklərini deyib untitled-2.jpg Ermənistanın BMT-dəki daimi nümayəndəsi Armen Martirosyan, Nyu Yorkda Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Baki İlkin tərəfindən digər ölkələrin BMT-dəki daimi nümayəndələri şərəfinə keçirilən ziyafətdə iştirak edib. Martirosyan görüşdə türk jurnalistlərinin "Siz də Türkiyənin BMT Təhlükəsizlik Şurasına namizədliyini dəstəkləyirsinizmi?" sualına, "Türkiyə nümayəndəliyi və ya Türkiyə höküməti, nə Ermənistan nümayəndəliyindən, nə də ki Ermənistan dövlətindən dəstək istəməyib. Apardığınız təbliğat kampaniyasını və namizədlik tələbinizi müxtəlif mənbələrdən öyrənmişəm, amma bu mövzuyla əlaqədar olaraq hökümətinizlə heç bir söhbətimiz olmayıb" deyə cavab verib. O, tədbirdə iştirak etməsinin, Türkiyənin BMT Təhlükəsilik Şurasına namizədliyinə dəstək məqsədi daşımadığını da qeyd edib. "Mən Türkiyənin BMT-dəki daimi nümayəndəsi Baki İlkinin dəvətilə bura gəlmişəm. Baki bəyə böyük hörmətim var. Çox yaxşı şəxsi münasibətlərimiz mövcuddur". Martirosyan, "İrəvanda keçiriləcək Ermənistan-Türkiyə milli komandalarının oyununda Türkiyə prezidenti Abdullah Gülün də iştirak edəcəyi ehtimalını necə dəyərləndirirsiniz sualına" - 'Siz mənə deyin, Abdulla Gül gəlirmi? Əgər gəlirsə elə indicə telefonla prezidentimizə xəbər verim” deyərək sualdan yayınıb. Martirosyan, Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyə prezidenti Abdullah Gülə fotbol matçını izləmək üçün rəsmi dəvət göndərdiyini bildirərək, 'hələlik bu dəvətlə bağlı Ermənistana rəsmi cavab verilməyib. Prezident Sarkisyanın dəvətinin çox səmimi olduğunu nəzərinizə çatdırıram, Abdullah Gülü bu matçda görmək istəyərdik” deyib. BMT-dəki 121 daimi nümayəndənin iştirak etdiyi tədbirdə, Türkiyə ilə yanaşı, BMT Təhlükəsizlik Şurasına namizədlik üçün mübarizə aparan digər iki ölkə - Avstirya və İslandiyanın da BMT-dəki daimi nümayəndələri iştirak edirdilər. ans_press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar