SON XƏBƏRLƏR

ERMƏNİSTANIN ƏHALİSİ 3 MİLYON 232 MİN NƏFƏRDİR

2021.10.20, 07:36
ERMƏNİSTANIN ƏHALİSİ 3 MİLYON 232 MİN NƏFƏRDİR

Gunaz.tv
ERMƏNİSTANIN ƏHALİSİ 3 MİLYON 232 MİN NƏFƏRDİR yerevan_mitinq.jpg Bu ilin ilk yarısının yekunlarına əsasən Ermənistan əhalisinin sayı 3 milyon 232 min nəfər olub. Иunu Ermənistan Milli Statistika Xidmətinin sədri Stepan Mnatsakanyan açıqlayıb. O, ölkədə şəhər əhalisinin 2 milyon 70 min nəfər təşkil etdiyini bildirib. S. Mnatsakanyan ilin ilk yarısında 8688 nikah və 1470 boşanma halının qeydə alındığını deyib. APA ------------------------------------------------------------------------ AÇIQ CƏMİYYƏT PARTİYASI PREZİDENT SEÇKİLƏRİNDƏ İŞTİRAK ETMƏMƏKLƏ BAĞLI QƏRAR QƏBUL EDİB Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) da oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak etməməklə bağlı qərar qəbul edib. Partiyanın sədri Akif Şahbazov bildirib ki, bu gün İdarə Heyətinin toplantısı keçirilib və rəsmi qərar verilib. “Biz Azərbaycanda yaranmış siyasi situasiyanı müzakirə etdik, Rəsul Quliyevin Azərbaycanda olmadığı təqdirdə onun qələbəsini reallaşdırmağın mümkünsüzlüyü əsas gətirilərək, ənənəvi iştirakın əhəmiyyətsiz olduğunu qənaətinə gəldik. Hakimiyyət özündə siyasi iradə taparaq Rəsul Quliyevi yola saldığı kimi geri qaytarmalı və bərabər əsaslarla seçkilərdə iştirakına şərait yaratmalıdır”. Müxalifətlə birgə addımların atılıb-atılmayacağına gəldikdə, A. Şahbazov bildirib ki, bu düşərgədə olan bir sıra partiyalar oyun qaydalarını hər dəfə pozduğu üçün belə vəziyyət yaranıb: “Müxalifətin bir araya gəlib yox verdikləri nöqsanların başlanğıc səbəblərini müzakirə etmək mümkün olarsa, o zaman həmrəylik mümkündür”. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar