SON XƏBƏRLƏR

ETTELAAT İran vətəndaşlarına “British Council”la əməkdaşlıq barədə xəbərdarlıq edib

2021.10.20, 07:36
ETTELAAT İran vətəndaşlarına “British Council”la əməkdaşlıq barədə xəbərdarlıq edib

Gunaz.tv

GünAz TV: ETTELAAT Nazirliyi bəyanat yayaraq, İran vətəndaşlarına Britaniyanın Mədəni Şurası- “British Council”la hər cür əməkdaşlığın qadağan edildiyi, qaydaları pozanların isə cəzalandırılacağını bəyan edib.

 

Bəyanatda sadə vətəndaşlardan başqa, İran “Elit Təbəqə və Ziyalıların Mədəni Cəmiyyəti”nə də sözügedən qurumlar əlaqələr qadan edilir.

 

Bu qərarın qəbul edilməsinə səbəb kimi “dünyanın müxtəlif ölkələrində uzun illərdir şəbəkələşmə, casusluq və müxtəlif cərəyanların təşkili sahələrində aktiv rola sahib İngiltərənin İranda da mədəni şəbəkələşmə planlarının olması” göstərilir.

 

“İran üzrə aşkar edilmiş həmin plan British Council tərəfindən həyata keçirilməkdə idi və bir neçə elit təbəqədən olan, eləcə də təhsil və mədəniyyət sahələrində fəaliyyət göstərən şəxs də bu fəaliyyətlərə cəlb edilmişdi”,- deyə Nazirliyin bəyanatında bildirilir.

 

Nazirlik həmçinin həmin planı “ifşa etdiyini” və Britaniyanın “təhsil sektorunda casusluq şəbəkəsi yaratmasının qarşısını aldığını” qeyd edib.

 

ETTELAAT bəyanatın sonunda “British Council”la əməkdaşlığı məhkəmə sistemi tərəfindən qadağan edildiyini bir daha xatırladıb və bu qadağanı pozan vətəndaşların cinayət məsuliyyətinə cəlb ediləcəyilə bağlı İran vətəndaşlarına xəbərdarlıq edib.

 

Xatırladaq ki, cari ilin avqust ayında İran məhkəmə sistemi “British Council”in əməkdaşı olan Aras Əmirinin “casusluq” və “incəsənət və təxribatçı addımlar vasitəsilə cəmiyyətə mədəni təsir” kimi ittihamlarla 10 il müddətinə azadlıqdan məhrum edildiyi barədə məlumat yaymışdı.

 

Məhkəmədən öncə xanım Əmiri İbrahim Rəisiyə yazdığı açıq məktubda bildirmişdi ki, İranın xüsusi xidmət orqanları ona “British Council”a qarşı onlarla əməkdaşlıq etməyi təklif ediblər. Xanım Əmiri isə bu təklifi rədd edib. Məktubun yayılmasından bir neçə gün sonra məhkəmə sisteminin sözçüsü Aras Əmirinin “casusluq” ittihamı ilə 10 həbsə yayıldığını bəyan etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar