Evin zindanında saxlanılan güney azərbaycanlı fəalın məzuniyyətə buraxılması üçün onun koronavirusa yoluxması şərtdir – Hakim

19.03.2020, 06:29

GünAz TV: Tehranın Evin zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Tövhid Əmir Əmininin dosyesinə baxan hakim mülki vəsiqə qarşılığında onun azadlığa buraxılmasına mane olmaqla yanaşı fəalın məzuniyyətə buraxılması üçün onun koronavirusa yoluxmasının şərt olduğunu bildirib.

 

Tövhid Əmir Əmini 2019-cu il fevralın 20-də Tehranda Beynəlxalq Ana Dili Günü ilə bağlı təbrik traktları paylarkən azərbaycanlı fəal Kiyanuş Aslani ilə birlikdə saxlanmışdır.

 

Tövhid Əmir Əmini Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən 7.5 il həbs cəzasına məhkum edilib.

 

O Evin zindanının 4-cu bölümündə saxlanılır.  Həmin bölümdə koronavirusun yayıldığı ilə bağlı məlumat əldə edildikdən sonra fəalın barəsində nigaranlıqlar artıb.

 

Fəalın qardaşı Rza Əmir Əmini martın 15-də Evin zindanında yerləşən məhkəməyə müraciət edərək Tövhidi azad etdirməyə çalışıb. İlk 3 milyard 200 milyon tümən mülki vəsiqə qərarı ilə razılaşan hakim sonra fikrini dəyişib. O bildirib ki, Məhkəmə Sisteminin məhbusların məzuniyyəti ilə bağlı yeni qərarı 5 ildən çox həbs cəzası olan məhbuslara şamil olunmur. Onlar yalnız koronavirusa yoluxduqları halda məzuniyyətə buraxıla bilər.

 

Hakimin məsuliyyətsiz açıqlaması azərbaycanlı fəalın ailə üzvlərinin narahatlığına səbəb olub. Onlar həmçinin təhlükəsizlik qüvvələri tərəfindən məhkəmədən uzaqlaşdırıldıqlarına etiraz bildirirlər.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirilib

2022-12-07

gun az article

"Qardaşım İran xalqının səsinə qulaq asmır"-Xameneyinin bacısı

2022-12-07

gun az article

"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı

2022-12-07

gun az article

İran "əks inqilabçı" qrupun zərərsizləşdirildiyini iddia edir

2022-12-07

gun az article

“Qarşımı kəsə bilməzsən, bura bizim torpaqlardır…”-Jurnalist Laçın dəhlizini keçdi, sülhməramlılar qarşısını kəsdi, mübahisə düşdü- VİDEO

2022-12-07

gun az article

Sülhməramlılar Azərbaycan jurnalistlərini Xocalıya buraxmadı

2022-12-07

gun az article

Xankəndiyə daha 13 iranlı gəldi - Foto və pasportlar

2022-12-07

gun az article

"Amerika İranı BMT-nin Qadınların Vəziyyəti Komissiyasından çıxarmağa sadiqdir"-Ned Prays

2022-12-07

gun az article

Azərbaycanlılar Xocalıya yola düşüb

2022-12-07

gun az article

ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir

2022-12-07

gun az article

“44 günlük zəfər - tarixi yazanların gözü ilə” adlı tədbirlər keçirilib

2022-12-06

gun az article

ABŞ-ın Türkiyəyə “F-16” satışına qoyduğu qadağa götürüldü

2022-12-07

gun az article

Ukrayna aviasiyası İran dronlarını məhv etdi

2022-12-07

gun az article

İran parlamentinin keçmiş üzvü: "16 ayda İran kapitalının 50 faizi itirilib"

2022-12-07

gun az article

İrandan Türkiyəyə göndərilən narkotik maddələr saxlanılıb

2022-12-07

gun az article

İran patrul qayığı ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə təhlükəli məsafədə yaxınlaşıb

2022-12-07

gun az article

“Şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinə dəstək təşəbbüsləri” adlı layihə uğurla sona çatdı

2022-12-06

gun az article

İranda öldürülən etirazçıların son sayı açıqlanıb

2022-12-06

gun az article

İranda sünni din xadimi həbsxanalardakı zorakılıqlara münasibət bildirib

2022-12-06

gun az article

Yunanıstana qaçmaq istəyən terrorçular sərhəddə tutuldu

2022-12-06