Beynəlxalq Əfv Təşkilatı: "Ən azı 21 etirazçı ölüm hökmü ilə üzləşib"

17.11.2022, 13:29

Beynəlxalq Əfv Təşkilatı məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası gələn həftə İranda insan haqlarının geniş və sistemli şəkildə pozulması məsələsi ilə bağlı iclas keçirəcək.

Gunaz.tv Quote | Gunaz article

Beynəlxalq Əfv Təşkilatı bəyanatında etirazçıları daha da sıxışdırmaq üçün İslam Respublikası rejiminin ölüm hökmündən istifadə etməsi ilə bağlı xəbərdarlıq edib.

Bu təşkilat həmçinin İran hökumətindən etirazçılara verilən ölüm hökmünün ləğvini istəyib, Birləşmiş Millətlər Təşkilatından İran rəsmilərinin cəzasız qalmaması və məsuliyyətə cəlb olunmaması üçün lazımi tədbirlər görməsini tələb edib.

"İran hakimiyyəti hədə-qorxu yolu ilə etirazçıların hərəkata qoşulmasının qarşısını almaq üçün saxta məhkəmələrdə ən azı 21 nəfərin ölüm cəzasına məhkum edilməsini istəyir",-deyə, beynəlxalq təşkilatın noyabrın 16-da yaydığı bəyanatda bildirilib.

Bu hesabata əsasən, BMT-nin İnsan Haqları Şurasına üzv dövlətlər müstəqil araşdırma və hesabatlılıq mexanizmi yaratmalıdırlar ki, İslam Respublikası rejimi nümayişçilərin həyat və digər insan hüquqlarının pozulmasına görə cavabhlilik daşıdığını anlasın.

Bundan əvvəl bu təşkilat bir neçə gün ərzində bir milyondan çox imza toplayan petisiya dərc etməklə İranda insan haqlarının geniş şəkildə pozulması ilə bağlı BMT-nin İnsan Haqları Şurasının təcili iclasının keçirilməsini prioritet hesab etmişdi.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social