SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İranı edamları dayandırmağa çağırıb

2023.01.12, 13:42
Beynəlxalq Əfv Təşkilatı İranı edamları dayandırmağa çağırıb

Gunaz.tv

Beynəlxalq təşkilat yanvarın 7-də Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin edamını pisləyib və başqa etirazçıların edam ediləcəyi barədə xəbərdarlıq edib.

Beynəlxalq Əfv Təşkilatı bildirir ki, ötən həftə İranın məhkəmə orqanları İnqilab məhkəmələrinin daha beş ölüm hökmü çıxardığını elan edib. 

Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika departamentinin direktor müavini Diana Əl-Təhavi bununla bağlı bəyanat yayıb.

"İran hökumətinin qətlləri davam etdirməkdə israrı iyrənc bir hərəkətdir.

Onlar insanlar arasında qorxu yaratmaqla etirazlara son qoymağa və hakimiyyəti qorumağa çalışırlar", - deyə, o bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar