SON XƏBƏRLƏR

FƏTULLAH GÜLƏNƏ TÜRKİYƏ YOLU AÇILDI.Dövlət çevrilişi hazırlığında ittiham edilən nurçuların lideri Amerikadan dönə bilər

2021.10.20, 07:36
FƏTULLAH GÜLƏNƏ TÜRKİYƏ YOLU AÇILDI.Dövlət çevrilişi hazırlığında ittiham edilən nurçuların lideri Amerikadan dönə bilər

Gunaz.tv
FƏTULLAH GÜLƏNƏ TÜRKİYƏ YOLU AÇILDI Dövlət çevrilişi hazırlığında ittiham edilən nurçuların lideri Amerikadan dönə bilər 2588.jpg Türkiyədə yüksək məhkəmə nurçular təriqətinin lideri Fətullah Gülənin haqqında çıxarılmış bəraət qərarını təsdiqləyib. Bununla da hazırda ABŞ-ın Utah ştatında yaşayan Gülənin Türkiyəyə dönməsi yolunda heç bir hüquqi maneə qalmayıb. Türkiyə hüquq-mühafizə orqanları onu dünyəvi dövlət quruluşunu dəyişdirmək və yerində dini qaydalara əsaslanan dövlət qurmaq üçün qanunsuz təşkilat yaratmaqda ittiham edirdi. Bir neçə ay əvvəl Gülənin vəkilləri Türkiyədə terrorla mübarizə haqda qanunda edilmiş dəyişikliklərdən yararlanaraq ona bəraət verilməsi haqda vəsatət qaldırmışdı. Əvvəlcə bu vəsatəti aşağı məhkəmə təsdiq edib, lakin yuxarı məhkəmə sonradan onu ləğv edib və vəkillər Apelyasiya Məhkəməsinin kollegiyasına müraciət ediblər. Yüksək məhkəmənin Gülən haqda çıxardığı bəraət qərarı Türkiyədə islamçılarla dünyəvi dövlət tərəfdarları arasında münasibətlərin kifayət qədər mürəkkəb olduğu bir vaxta təsadüf edib. Xüsusən elə bir vaxta ki, onun davamçılarından ibarət hakim partiyanın bağlanması iddiasına baxılır. Bu baxımdan məhkəmənin çıxardığı qərar geniş əks-səda doğurub. Gülənə bağlı olan “Zaman” qəzetinin yazarı Əli Bulaç deyib ki, yaxın və orta müddətdə o, Gülənin Türkiyəyə dönəcəyinə inanmır: “Çünki dönüşü ilə bir sıra sıxıntıların yaşanacağını düşünür. Ölkədə ümumi hüzur havası yaranmadıqca dönəcəyinə inanmıram. Gülən Türkiyənin siyasi durumunu çox yaxşı təhlil edir, xatalı addım atmaq istəmir. Onun adı üzərindən hansısa gərginliyin yaranmasında maraqlı deyil” . Bugünlərdə Amerika mətbuatı Gülənin Türkiyəyə dönüşünün vaxtilə Xomeyninin Parisdən İrana dönüşü kimi olacağını yazmışdı. Lakin nurçuların liderinin yaxın adamlarından Hüseyn Gülərcə hesab edir ki, Gülənin dönüşü sakit olacaq. Çünki o, təvazökar insandır. “Tərcüman” qəzetinin sahibi Nazlı İlıcak isə deyib ki, Gülənin dönüşü Türkiyədə siyasi gərginliyi artırardı. Bu baxımdan məhkəmənin bəraət qərarı düzgün olsa da, onun dönəcəyi ağlabatan deyil. Gülən özünün isə qərara münasibəti hələ məlum deyildi. Vəkilləri deyiblər ki, Amerika vaxtı ilə qərar gecə açıqlandığına görə ona xəbər vermək üçün oyanmağını gözləyiblər. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar