SON XƏBƏRLƏR

Fransa voleybol milli komandasının oyunçusu: “Bura İran yoxsa Güney Azərbaycan?”

2021.10.20, 07:36
Fransa voleybol milli komandasının oyunçusu: “Bura İran yoxsa Güney Azərbaycan?”

Gunaz.tv

GünAz TV: Ötən həftə Urmiyə şəhərində keçirilən dünya millətləri voleybol liqası yarışlarında iştirak edən Fransa yığmasının oyunçusu Stephen Boyer yarışlardan bir görüntü paylaşaraq Urmiyə stadionu ilə bağlı olduqca maraqlı ifadə işlədib.

 

O İnstaqram səhifəsində paylaşdığı görüntünün altında belə bir cümlə yazıb: “Dünya liqasının birinci həftəsi İran yoxsa Güney Azərbaycanda?”

 

Voleybolçunun paylaşdığı mənalı post azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb, post İranın virtual aləmində geniş əks-səda doğurub.

 

Şübhəsiz ki, Stephen Boyer Urmiyənin “Durnalar yuvası”  stadionunda səsləndirilən şüarlar və azərbaycanlıların sosial şəbəkələrdəki fəaliyyətindən təsir alaraq belə bir post paylaşıb.

 

İyunun 14-dən 16-dək Urmiyə şəhərinin “Durnalar yuvası” stadionunda dünya millətləri voleybol liqası keçirilib. Yarişlar zamanı stadionda Azərbaycanla bağlı bir çox şüar səsləndirilib. Hətta İran mətbuatı Urmiyədə voleybol yamaşları zamanı İran deyil, Azərbaycanın təşviq edildiyini etiraf edib.

 

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar