SON XƏBƏRLƏR

Gerçəyin özü

2021.10.20, 07:36
Gerçəyin özü

Gunaz.tv
Gerçəyin özü sarkisyan.jpg Əli xalqının qanına batmış, xalqının qanını tapdalayaraq hakimiyyətə gəlmiş Ermənistanın saxta prezidenti Serj Sərkisyan və terrorçua prezidentin təyinatıyla xarici işlər naziri postuna sahib olmuş Edvard Nalbəndyan növbəti dəfə Dağlıq Qarabağ problemiylə bağlı əslində nə istədiklərini və bu istəkdən də heç vaxt vaz keçməyəcəklərini ortaya qoydular. Əvvəlcə Serj Sərkisyan müharibənin başlayacağını bildirdi. Müdafiə naziri Seyran Ohanyan isə qeyd etdi ki, o, prezidentdən aldığı əmr əsasında hərbi hissələrin komandanlarına tapşırıq verib. Arzu Şirinova Yəni Serj Sərkisyan müdafiə nazirinə Azərbaycan mövqelərini intensiv atəş altında saxlamaq haqqında əmr ünvanlayıb. Ermənistan prezidentinin ardınca xarici işlər naziri Edvard Nalbəndyan bunları söylədi: "Mənaqişənin həlli aşağıdakı prinsiplərə əsaslanmalıdır. Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tabeliyində ola bilməz, Dağlıq Qarabağın Ermənistanla sərhədi olmalıdır, Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını həll etmək hüququ tanınmalı və təhlükəsizliyinə zəmanət verilməlidir". Çox maraqlıdır, bu cür mövqelərdən sonra "tərəflər arasında yaxınlaşma var" fikirlərinə necə inanmaq olar? Deməli, bu günə kimi keçirilən danışıqların və müzakirələrin heç bir nəticəsi olmadığı kimi, həm də hansısa bir yaxınlaşmadan söhbət gedə bilməz. Ermənistan dünən də, bu gün də, elə sabah da "Dağlıq Qarabağın müstəqil olması" mövqeyindən çəkinməyib və çəkinməyəcək. Xarici işlər naziri Edvard Nalbəndyan səviyyəsində (əslində bu açıqlama Ermənistan dövlətinin mövqeyidir-red.) açıq-aşkar deyilənlərin ardınca həmsədrlərin növbəti görüşlərinə ümid bəsləmək, bu görüşlərdən nəticə hasil olacağına inanmaq sadəlövlükdən başqa nəsə deyil. Azərbaycanın yalnız bir yolu qalır. O da hərb yoludur. Bu xalq silah gücünə torpaqlarını işğalçı Ermənistan ordusundan azad etməli, beləliklə ünvanına söylənmiş "məğlub xalq" rüsvayçılığından qurtulmalı, kimliyini sübuta yetirməli, şərəfli bir tarixə imza atmalıdır. xxx Neftlə zəngin olan bir ölkədə-Azərbaycanda insanların tam əksəriyyəti çox çətin vəziyyətdə yaşayır. Onların isə yarıdan çoxu səfalət içərisində həyat sürürlər. Əminliklə deyə bilərəm ki, həmin insanlar arasında bütün təbəqədən olanlar var. Yəni elə ziyalı var ki, bu gün aldığı əməkhaqqı nəinki onun gündəlik tələabatını, hətta yol xərcini belə ödəmir. Reallıq bundan ibarətdir ki, bu gün hər kəs ailəsini dolandırmaq üçün bir yol seçir. Məsələn, məvacibi az olan ziyalı ailəsinin yanında üzüqara olmamaqdan ötrü qul bazarına üz tutur, ən ağır işlərdə belə işləyir. Müharibə zamanı əlil olanlar isə... Mal tövləsində yaşayan ikinci qrup Qarabağ əlili Əsəd Faxrətov belə hayat şəraitindən bezdiyi üçün məcburiyyət qarşısında qalaraq, hər iki böyrəyini satmaq fikrinə düşüb. Onun sözlərinə görə, dəfələrlə müvafiq orqanlara müraciət etsə də, evlə təmin olunmayıb. Özü də təkcə özü deyil, eyni zamanda ailə üzvləri də böyrəklərini satışa çıxarıblar: "Həyat naminə ailəvi olaraq böyrəklərimizi satmağa məcburuq. Mən dilənçi vəziyyətində yaşamaq üçün vuruşmamışam". Bir müddət əvvəl isə Qarabağ veteranı, ikinci qrup əlil Bəkir Bayramov Azərbaycan vətəndaşlığından imtina etdiyini bildirərək səbəbini belə açıqlayıb: "Mən 1993-cü ildən məcburi köçkünlük həyatı yaşayıram. Vətən torpaqları uğrunda gedən döyüşlərdən birində yaralanıb ikinci qrup əlil olmuşam. Ailəmin sosial vəziyyəti acınacaqlıdır. Eyni zamanda himayəmdə 2 azyaşlı uşaq var. Həyat yoldaşım ağır xəstəliyilə bağlı işləmir. Bəzi məmurların özbaşınalığı üzündən dövlətin mənə verdiyi imtiyazları ala bilmirəm. Məsələn, mənə verilən OKA markalı avtomobil üçün 700 dollar rüşvət istəyirlər. Bu rüşvəti verməyə isə mənim imkanım yoxdur. Mütəmadi olaraq bu barədə aidiyyatı orqanlara müraiət etsəm də, nəticəsiz qalıb. Mən sağlamlığımı vətən yolunda qoyaraq, əlil olmuşam ki, bu gün imtiyazarımı almaq üçün kimlərəsə rüşvət verim? Məhz buna görə də Azərbaycan vətəndaşlığından imtina edirəm". Dəfələrlə belə vəziyyət yaranıb. Sadəcə, böyrəklərini satışa çıxarmaq, Azərbaycan vətəndaşlığından imtina etmək artıq son hədd və biabırçılıqdır ki, bunun da şahidi olduq. Qarabağ əlilinə göstərilən münasibətə bir diqqət yetirin. O dəfələrlə müvafiq orqanlara evlə təmin olunmağıyla bağlı müraciət etsə də, nəticəsi olmur və məcburiyyət qarşısında qalaraq böyrəklərini satışa çıxarır. Bu işdə onu ailə üzvləri tək qoymurlar, onlar da böyrəklərini satmağı qərara alırlar. Qarabağ əlilindən rüşvət tələb olunur ki, əvəzində maşın və ev verilsin. Halbuki bütün bunlar onların haqqıdır. Hər bir məsələyə rüşvət prizmasından baxan və bununla da Azərbaycan vətəndaşının mənəviyyatını korlayan məmurlar, heç olmasa əlinizi açıb əlildən rüşvət istəməyin. Yaxud Azərbaycanın az qala bütün bölgələrində saysız-hesabsız evləri olan bəzi vəzifə sahibləri, bəlkə Qarabağ əlilinin mal tövləsində yaşamasından xəcalət çəkib, ona da haqqı olduğunu-evini verəsiniz ki, bundan sonra ömrünün qalan hissəsini şikəst yaşamaqdan vaz keçsin. Axı onlar sizlərin və bizlərin yolunda sağlamlıqlarını itirib, əlil olublar. Siz əlillərin haqqını verməməklə, onları zəlil gününə salmaqla və öz çirkin siyasətinizlə bu insanları Azərbaycan vətəndaşlığından imtina etmək məcburiyyətinə gətirməklə, əməllərinizlə onları böyrəklərini satmağa təhrik etməklə həm də pis bir ənənənin başlanğıcını qoyursunuz. Sabah əgər müharibə yoluyla torpaqların alınması məsələsi gündəmə gələrsə, o zaman əlilə hörmətsizliyi görən Azərbaycan vətəndaşı tərəddüd keçirəcək. Yəni, fikirləşəcək ki, vətəni düşməndən azad etməyə gedirəmsə görəsən ailəm maddi cəhətdən təmin olunacaqmı? Yaxud, fikirləşəcək ki, əgər əlil olaramsa, o zaman bu günün əlilinə göstərilən "qayğı" mənə də göstərilməyəcək ki? Məncə düşünməyə dəyər. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar