SON XƏBƏRLƏR

“Göy məscid məzarlığı” sənədli filmi GünAz TV-də... - VİDEO

2021.10.20, 07:36
 “Göy məscid məzarlığı” sənədli filmi GünAz TV-də... - VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Televiziyası “Göy məscid məzarlığı” sənədli filmini yayımlamağa başlayıb.

 

“Göy məscid məzarlığı” sənədli filmi mədəni irs sahəsi üzrə araşdırmaçı Şəhram Əfşarın uğurlu əsərlərindən biridir. Filmdə Azərbaycan türklərinə aid 3 min illik tarixin yadigarı “Göy məscid məzarlığı” və ya “Təbrizin dəmir əsri məzarlığı”ndan bəhs olunur.

 

Filmdə həmçinin tarixi məzarlığın necə aşkar edilməsi,  İran Mədəni İrs Təşkilatının bu əsərə münasibəti və onun indiki durumundan söz açılıb.

 

Sənədli filmdə qədim türklər arasında insanların necə dəfn olunmasına da işarə olunub.

 

Bu sənədli film “Varlığımız” toplusunun 4-cü bölümüdür.

 

“Varlığımız” şənbə günləri Təbriz vaxtı ilə saat 18:30-da Güney Azərbaycan televiziyasından yayımlanır.

 

https://www.youtube.com/watch?time_continue=150&v=VW2t2wF2_rQ

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar