SON XƏBƏRLƏR

GUAM Avropa ilə Xəzər regionunu birləşdirəcək

2021.10.20, 07:36
GUAM Avropa ilə Xəzər regionunu birləşdirəcək

Gunaz.tv
GUAM Avropa ilə Xəzər regionunu birləşdirəcək 2361.jpg Srağagün Batumi şəhərində GUAM dövlət başçılarının növbəti sammiti keçirilib. “GUAM Şərqlə Avropanı birləşdirir” adı altında keçirilən sammitdə Azərbaycan, Gürcüstan və Ukrayna prezidentləri, həmçinin Polşa, Litva, Rumıniya dövlət başçıları iştirak ediblər. Sammitdə əsas müzakirə hədəflərindən biri regional enerji və nəqliyyat dəhlizləri ilə bağlı müvafiq layihələrin həyata keçirilməsini, quruma üzv ölkələrin təhlükəsiliklərini təmin etmək, separatizmə qarşı birgə mübarzə məsələləri olub. Hər üç prezident sammitdəki çıxışlarında enerji təhlükəsizliyi olmadan siyasi təhlükəsizliyin mümkün olmadığını və bunu nəzərə alaraq Qara dəniz, Baltik dənizi və Xəzər hövzəsini birləşdirən yeni enerji layihələrinin mümkün qədər qısa müddətdə reallaşdırılmasının vacibliyini vurğulayıblar. Sammitin sonunda Azərbaycan, Gürcüstan Ukrayna, həmçinin GUAM-a üzv olmayan Polşa və Litva dövlət başçıları “GUAM Şərqlə Avropanı birləşdirir” adlı Batumi bəyannaməsini imzalayıblar. Bəyannamədə Baltik, Qara və Xəzər dənizi regionları ölkələrinin daha da sıx inteqrasiyası, enerji təhlükəszliyinin təmini, etnik separatizmə qarşı mübarizə və GUAM-ın digər beynəlxalq qurumlarla daha sıx əlaqələr qurması əksini tapıb. Əslində GUAM-ın növbəti sammitinin yekunlarını daha çox yeni enerji layihələrinin reallaşdırılması yönündə irəliyə doğru atılan tarixi addım kimi dəyərləndirmək olar. Belə ki, Azərbaycan, Ukrayna, Gürcüstan, Litva və Polşa prezidentlərinin yeni enerji dəhlizinin reallaşdırılması üçün müvafiq addımlar atmaqda qətiyyətli hərəkət edəcəklərini nümayiş etdirmələri Avropanın Rusiya qazından asılılığının azaldılmasında mühüm rol oynayacaq. Təsadüfi deyil ki, Rusiya mətbuatı GUAM sammitinin yekunlarının Moskvanın əleyhinə çevrildiyini xüsusi vurğulayıblar. Hələlik Rusiyanın bu məsələdə yeganə təsəllisi Moldova Prezidentinin GUAM sammitində iştirak etməməsi olub. Moldova Prezidenti sammitə olduqca soyuq yanaşaraq onun işində iştirak etmək üçün müzakirə edilən məsələlərə heç bir aidiyyatı olmayan daxili işlər nazirini göndərib. Ona görə də Rusiyada belə hesab edirlər ki, Moldovanın yüksək səviyyəli dövlət rəsmilərinin sammitdə iştirak etməməsi GUAM-ı daha bir dövlətin tərk edəcəyi anlamına gəlir. Xatırladaq ki, Moldovanın əvvəllər də GUAM-ı tərk edəcəyi barədə müxtəlif məlumatlar yayılırdı. Lakin Moldova rəsmi şəkildə bu qurumu tərk etməyəcəyini bildirdi. Bununla belə, Moldova Prezidentinin sammitdə iştirak etməməsinin arxasında Kişinyovun Moskva ilə münasibətləri kəskinləşdirmək istəməməsinin dayandığı şübhə doğurmur. Belə ki, sammit ərəfəsində Rusiya ilə Moldova arasında qarşılıqlı ticari əlaqələrin genişləndirilməsi və qondarma Dnestryanı respublika ilə bağlı problemin Moldovanın ərazi bütövlüyü çərçivəsində həlli barədə razılıq əldə edilmişdi. Necə deyərlər, Rusiya bununla da Moldovanın əli ilə GUAM-ı parçalamaq niyyətində olduğunu bir daha nümayiş etdirmiş oldu. Lakin Batumi sammiti göstərdi ki, Moldova GUAM-ı tərk edəcəyi halda onu Polşa və Litva əvəz edəcək. Bu isə GUAM-ın beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi, onun simasında güclü bir qurumun meydana çıxması demək olacaq. Diqqəti cəlb edən bir məsələ də GUAM sammitində qəbul edilən qərarların Rusiya Prezidenti Medvedevin Azərbaycana səfəri ərəfəsində baş verməsidir. Bu amilin isə Medvedevin Azərbaycana səfərinin nəticələrinə müəyyən qədər təsir göstərəcəyi şübhəsizdir. Belə ki, Medvedevin Bakıya səfəri zamanı Rusiya Azərbaycan qazının alınması barədə ölkəmizlə müvafiq anlaşma imzalamaq niyyətində idi. Amma Batumi sammitinin yekunları göstərdi ki, Azərbaycan birmənalı şəkildə öz qazını “Nabukko” ilə nəql etmək niyyətindədir və bu məsələdə geriyə addım atmayacaq. Əziz Mustafa zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar