GünAz TV: Güney Azərbaycan şəhərlərində yenidən güclü külək baş qaldırıb.
Məlumata görə, martın 29-da baş verən şiddətli külək Şərqi Azərbaycanda iki nəfərin ölümünə, bir çox şəhərlərdə isə divar və balkonlar yıxılması, ağacların aşması, elektrik enerjisinin kəsilməsi və s.kimi fəsadlara səbəb olub.
Azərbaycanın bir çox şəhərində baş verən güclü küləyin sürəti saatda 90-148 kilometrə çatıb.
Məlumata görə, Xosrovşah məntəqəsində yerləşən bir kənddə 71 yaşlı kişi quşçuluq fermasının binası üstündən yerə düşərək ölüb. Üsküdə isə 36 yaşlı bir fəhlə binanın bir hissəsinin yıxılması nəticəsində həlak olub.
Bu barədə məlumat verən Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözcüsü əyalətdə təbii fəlakət nəticəsində digər ölüm faktının qeydə alınmadığını, bu haqda yayılan xəbərlərin düzgün olmadığını diqqətə çatdırıb.
Aşağıdakı Videoda göründüyü kimi, Səhənd şəhərində namazxana kimi istifadə olunan kaneks (dəmirdən düzəldilmiş otaq) küləyin şiddətindən aşıb.
https://www.youtube.com/watch?time_continue=6&v=qHJH0AJO19w
Şiddətli küləyin əsdiyi yerlərdə havanın çirkləndiyi və bir çox ağacın aşdığı da bildirilir.
Ərdəbil şəhərinin əksər məntəqələrində elektrik enerjisi kəsilib, Urmu gölü ətrafında isə duz fırtınaları baş qaldırıb.
https://www.youtube.com/watch?time_continue=1&v=sprLgcTOp0A
Urmu gölü ətrafı
https://www.youtube.com/watch?time_continue=6&v=n-kZ6af1k7s
Sulduz-Mahabad (Soyuqbulaq) yolu
Əhər-Meşkinşəhr yolu
N.S