Güney Azərbaycan əyalətlərində koronavirus qurbanlarının sayı artır

11.04.2020, 12:26

GünAz TV: Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı artaraq davam edir.

 

Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi “Səhənd” Telekanalına verdiyi açıqlamada Şərqi Azərbaycan Əyalətində son 24 saat ərzində 170 nəfərdə koronaviris infeksiyasının aşkarlandığını, 7 nəfərin isə bu virusdan öldüyünü bildirib.

Beləliklə, bu günədək əyalətdə 2591 nəfərin koronavirusa yoluxduğu məlum olub, onlardan 248-i həyatını itirib.

 

Məhəmməd Hüseyn Sominin sözlərinə görə, koronavirus infeksiyası ən çox əyalətin Təbriz və Əhər şəhərlərində yayılıb.

 

İranın Rəsmi statistikalarına əsasən Qəzvin Güney Azərbaycan əyalətləri arasında virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur. Bu əyalətdə üç gündür ki, yeni rəqəmlər açıqlanmır. Ən son verilən məlumatda Qəzvində 1125 nəfərin koronavirusa yoluxduğu, 173 nəfərin həyatını itirdiyi bildirilib.

 

Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 1396  nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin verdiyi məlumata əsasən, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı 105 nəfər, sağalanların sayı isə 758 nəfərdir.

 

Ərdəbil əyalətində də bu günədək 746 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin rəisi Qüdrət Əxəvan Əkbərinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha üç nəfər həyatını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 122 nəfərə çatıb.

 

Zəncan əyalətinin Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, əyalətdə infeksiyaya yoluxanların sayı 770, xəstəlikdən ölənlərin sayı isə 76 nəfərə çatıb. O, pandemiyanın yayıldığı gündən etibarən koronavirusa yoluxan 586 nəfərin tam sağaldığını diqqətə çatdırıb.

 

Həmədan əyalətində də yeni rəqəmlər açıqlanmayıb. Aprel 7-dən etibarən yenilənməyən statistikada, 558 nəfərin koronavirusa yoluxduğu, 52 nəfərin bu xəstəlikdən öldüyü təsdiqlənib. Qeyd edək ki, daha öncə Həmədan Tibb Universitetinin rəisi Rəşid Heydəri Müqəddəm əyalətdə koronavirusa yoluxanların sayının 1566 nəfər olduğunu demişdir, lakin xəbər qısa müddət sonra saytlardan qaldırıldı. Müxtəlif mənbələr Həmədanda infeksiyanın geniş yayıldığını, lakin real statistikanın gizlədildiyini bildirir.

 

Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu qeyd edir.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18