SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin İranda keçiriləcək parlament seçkilərilə bağlı BƏYANATı

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin İranda keçiriləcək parlament seçkilərilə bağlı BƏYANATı

Gunaz.tv

GünAz TV: GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) İranda keçiriləcək növbəti parlament seçkilərilə bağlı Bəyanat yayıb.

Bəyanatda deyilir:

“2012-ci il martın 2-də İran adlanan ölkədə keçiriləcək IX parlament seçkilərində növbəti dəfə rejim öz əlaltılarını siyasi oyunbazlıqla parlament kürsülərinə otuzduracaq. Yuxarıdan diktə olunan və demokratik dəyərləri əks etdirməyən bu seçki növbəti dəfə fars rasist molla hakimiyyətinin özünə məşruiyyət qazandırmaq məqsədi daşıyır. Elə bu səbəbdən rejim bütün mümkün səylərini birləşdirməklə əhalini sandıq başına çəkmək cəhdlərini davam etdirir. Daxili və xarici böhranlı amillərin mövcud olduğu indiki şəraitdə IX parlament seçkilərinin baş tutub-tutmayacağı molla hakimiyyətini təşviş içində saxlayıb. Fars rasist molla hakimiyətinin strategiyasına əsasən ölkənin siyasi kursu və idarəçilik sistemi Vilayəti-fəqihə tabe olan hərbi–ideoloji radikal qüvvələrin əlində cəmləşidiyindən, cəmiyyətin siyasi, iqtisadi, ictimai və mədəni həyatında böhranlar yaşanır. Bu səbəbdəndir ki, orada yaşayan milyonlarla qeyri-fars millətinin ən ibtidai haqları inkar edilir, bu haqsızlığa etiraz edən  ziyalı və siyasilər tutuqlanaraq zindanlara atılır, mətbuata qarşı təzyiqlər kəskinləşir, məmur özbaşınalığı, yoxsulluq, işsizlik durmadan artır. Həmçinin, seçkilər hakimiyyəti yönəldən qüvvələr tərəfindən idarə olunduğundan aparılan seçki oyunu azad və demokratik seçki ilə müqayisə oluna bilməz. İran adlanan ölkədə insanların azad seçim hüquqlarınin pozulması və məhdudlaşdırılması, seçicilərin sayını süni surətdə artırmaqla seçkinin nəticələrinin saxtalaşdırılması, qadınların seçkilərdə iştirakının məhdudlaşdırılması, söz, mətbuat azadlıqlarının olmaması, bütün sahələrdə özünü göstərən irqi ayrıseçkilik, iqtisadi və siyasi böhran və s. əsas verir ki, orada yaşayan qeyri-fars millətlər , o cümlədən əksəriyyəti təşkil edən Azərbaycan türkləri fars rasist rejiminin tapşırıqlı seçki oyunlarına birmənalı şəkildə etiraz etsinlər. Xüsusilə, 30 milyondan çox azərbaycan türkünü millət olaraq inkar və assimiliyasiya edən irqçi rejimin siyasəti nəticəsində Güney Azərbaycan ərazilərindəki münbit torpaq sahələrinin məhv edilməsi, Urmu gölünü məqsədyönlü qurutmaqla azərbaycanlıların əzəli torpaqlarından  didərgin salınması, Güney Azərbaycanın yeraltı və yerüstü milli sərvətlərinin talan edilməsi, onlardan əldə olunan gəlirlərlə fars bölgələrinin abadlaşdırılması, Azərbaycan bölgələrini iqtisadi cəhətdən yarasız hala salmaqla əhalinin öz yurdlarını tərk etməyə məcbur edilməsi və bu kimi səbəblər əsas verir ki, azərbaycan türkləri milli iradələrini kütləvi şəkildə ortaya qoyaraq rejimin seçki oyununa “yox!” desinlər. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan milli hərəkatının iran adlanan ölkədə baş verən ictimai-siyasi proseslərdə böyük təsir gücünə sahib olduğuna  əsaslanaraq, saxta seçki siyasətinin ifşa olunması üçün orada keçiriləcək IX parlament seçkilərinin (Azərbaycanın qərb bölgəsi istisna olmaqla) baykot edilməsini bəyan edir. Azərbaycanın qərb bölgəsində azərbaycanlıların səsvermədə iştirakını isə GAMAC olaraq dəstəkləyirik və bildiririk ki, kurd terrorçu təşkilatlarının həmin bölgə üzrə parlamentə kürd əsilli nümayəndələr göndərmək və Azərbaycanın əzəli torpaqlarına göztikmə cəhdlərinin qarşısı millətimiz tərəfindən alınacaqdır.”

GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSI

12.02.2012   

N.S     

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar