SON XƏBƏRLƏR

Güney Azərbaycan Tələbə Hərəkatı hesabat yayıb

2021.10.20, 07:36
Güney Azərbaycan Tələbə Hərəkatı hesabat yayıb

Gunaz.tv
Güney Azərbaycan Tələbə Hərəkatı hesabat yayıb babekbezz.jpg Sənəddə son dörd ayda İranda baş vermiş çoxsaylı hüquq pozuntuları, həbslər öz əksini tapıb Güney Azərbaycan Tələbə Hərəkatı son dörd ayda Güney Azərbaycanda insan haqlarının pozulmasına dair hesabat yayıb. Hesabatda çoxsaylı faktlar, pozuntular, həbslər öz əksini tapıb. www.oyrenci.com internet saytında yerləşdirilmiş hesabatda bu müddət ərzində minlərlə fəalın həbs olunduğu və böyük məbləğdə girov müqabilində sərbəst buraxılıblar. Bunlar Rəhim Təqəvi, Cəfər Gülabi, Cəfər Müəzzin, Rəhim Qulami, Ərdəşir Kərəmi Xiyavi, Vədud Səadəti, Rüqəyya Əlizadə (Lisani) Əsgər Əkbərzadə, Əmir Abbas Bənayi Kazemi, Höccətülislam Əbdüləziz Əzimi Qədim, Səməd Mollaqulu, Məhəmməd Yərhon, Cəmşid Zareyi, Əli Sədiqi, Hüccət Əraqi, Salman Əraqi, Salar Əraqi, Əkbər Abdullahi və başqaları məhkəmələrə cəlb edilərək müxtəlif cəzalara məruz qoyuldular. Turqut Onların bir qismi azadlığa buraxılsalar da, əksəriyyəti hələ də İranın müxəlif həbsxanalarında saxlanılırlar. Bundan əlavə, Fərhad Möhsünün meyidi göldən tapılıb. 25 yaşlı soydaşımızın işgəncələr verilərək qətlə yetirildiyi məlum olub. Ancaq fars şovinist rejimi onun cəsədinin yarılmasına icazə verməyib. Eyni zamanda Afşin İrfan Xosrovşahi ofisində qətlə yetirilib. Özü də 30 yaşlı soydaşımız bir zamanlar GAMOH rəhbəri Mahmudəli Çöhrəqanlının Seçki Qərargahının rəhbəri olub. Hesabatda tələbə fəallarına qarşı da təzyiqlərin çoxaldığı, onlarla tələbə dərgisinin bağlandığı vurğulanıb. Belə ki, Urmiya Universitetinin 31, Təbriz Universitetinin isə 37 tələbəsi ali təhsil ocağının inzibati komitələri tərəfindən müxtəlif cəzalara məruz qoyulublar. Onların əksəriyyəti ali təhsil hüququndan məhrum olunublar, 5 tələbə - Əmin İmami, Səməd Paşayi, Nahid Babazadə, Nadir Mehdi Qarabaği və Qadir Kiyani imtahanlara buraxılmayıblar, İbrahim Nuri isə orta məktəbdən qovulub. Bundan əlavə, "Yağış", "Arman", "Səhənd", "Bulud", "Sayan", "Aydın Gələcək", "Birlik" tələbə dərgiləri qapadılıb. Eyni zamanda Sina Cahanbəxş "Azərbaycanın May Epopeyasının icmalı"nı yaydığı üçün "Günəş" jurnalının rəhbərliyindən uzaqlaşdırılıb, AZKAB Mərkəzinin fəaliyyəti dayandırılıb, Qumda Müqəddəs Ərdəbilinin təşkil etdiyi Ədəbi Yığıncaq qadağan olunub, Hüseyn İqbali işdən çıxarılıb. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar