SON XƏBƏRLƏR

Güney Azərbaycanda bir ilk: Cizgi filmi türk dilinə dublyaj edilib – VİDEO

2021.10.20, 07:36
Güney Azərbaycanda bir ilk: Cizgi filmi türk dilinə dublyaj edilib – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda film sahəsində yeni bir ilkə imza atılıb.

 

Məlumata görə, birinci dəfə olaraq Güney Azərbaycanda bir cizgi filmi türk dilinə dublyaj edilib.

 

Dünyanın ən çox satılan cizgi filmlərindən olan "Zootopia" filminin artıq Azərbaycan türkcəsində dublyajı hazırlanıb, filmi hazırda internetdə onlayn olaraq izləmək mümkündür.

 

“Zootopia” cizgi filmi Güney Azərbaycandan əlavə ölkənin digər bölgələrində yaşayan türklərin də anlayacağı şəkildə səsləndirilib.

 

https://www.youtube.com/watch?time_continue=9&v=0VRAgCTFivs

 

 

Film heç bir dövlət dəstəyi olmadan bir qrup azərbaycanlı milli-mədəni fəal və sənətkarın təşəbbüsü və səyi  nəticəsində türk dilinə dublyaj edilib.

 

“Zootopia” cizgi filminin türk dilində yayılması azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Türkcə filmlərə sosial tələb olduğu üçün son illərdə Güney Azərbaycanda türk dilində hazırlanan tamaşa və filmlərin sayı artıb. Bütün bunlar dövlət dəstəyi olmadan və yalnız mədəni fəalların maliyyə dəstəyi hesabına həyata keçirilir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar