SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCANDA HƏBSLƏR DAVAM EDIR

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCANDA HƏBSLƏR DAVAM EDIR

Gunaz.tv
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən iki gün öncə Xoy şəhərində milli hərəkat fəallarına qarşı hücumlar gücləndirilib. Xüsusi əməliyyatlar keçirən cinayətkar ETTELAAT məmurları Güney Azərbaycanın milli hərəkat fəalı Höccət Əraqini elanlar yayan zaman həbs edərək naməlum istiqamətə aparılıb. Həmin günün səhəri Höccət Əraqinin əmisi evinə hücum edərək Höccət bəyin iki əmisi oğlunu Səlman Əraqi və Salar Əraqini də həbs ediblər. Həmin hücum zamanı milli hərəkat fəalı Əkbər Əbdüllahi də həbs olunub. Həbs olunan soydaşlarımızın yaxınlarından verilən məlumata əsasən onlara qarşı işgəncə və təzyiqlər olunduğu ehtimal olunur. Ailələrilə heç bir əlaqə saxlamağa imkan verilmir. May hadisələrinin ildönümü ərəfəsində Güney Azərbaycanın əksər şəhərlərində milli hərəkat fəallarına qarşı həbslər gücləndirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar