SON XƏBƏRLƏR

Güney Azərbaycanın film günləri... - İstanbulda

2021.10.20, 07:36
Güney Azərbaycanın film günləri... - İstanbulda

Gunaz.tv

GünAz TV: Türkiyənin İstanbul şəhərində dekabrın 7-dən 11-dək Güney Azərbaycanın film günləri keçiriləcək.

 

“İran kinoteatrında türkcə film günləri” adı altında düzənlənən festival Yeşilçam kinoteatrında baş tutacaq.

 

Festivalda Güney Azərbaycandan hər gün saat 19:00-da bir uzun metrajlı film nümayiş etdiriləcək. Birinci gün Əsğər Yusifinəjadın “Ev” filmi, ikinci gün Ərk qardaşlarının “Soyuq” filmi, üçüncü gün “Rəhbər Qənbərinin “O” və dördüncü gün mərhum Yədulla Səmədinin “Saray” filminin nümayiş etdiriləcəyi nəzərdə tutulub.

 

İstanbul Böyükşəhər Bələdiyyəsinin keçirəcəyi festivalda güney azərbaycanlı rejissorların 17 filmi ekrana çıxarılacaq.

 

Azərbaycan türkcəsində filmlərin İstanbul festivalında nümayişi ilə bağlı münsiflər heyətinin üzvü və rejissor Rza Siyami nümayiş etdiriləcək filmlərdən 13-nün adı və rejissorlarını mətbuata açıqlayıb:

1.    “Murdar” (Bəhram və Bəhmən Ərk),

2.    “İkinci qat” (Rza Cəmali),

3.    “Gələcək” (Həmid Əzizi),

4.    “Mən İsmətəm” (Leyla Novruzi),

5.    “Oyan” (İsmayıl Münsüf),

6.    “Qarlı damlar” (Haydə Muradi),

7.    “Qaral” (Qadir Fərivər),

8.    “Körpü” (Rza Cəmali),

9.    “Gün yanığı” (Bəhram və Bəhmən Ərk)

10.  “Ətirşahların qışı” (Leyla Əhədi)

11.  “Tanı” (Davər Nəcəfi)

12.  “Son namaz” (Möhsün Xan Cahani),

13.  “Közmək” (Əlirza Səlmanpur).

 

Festivalın 2-ci günündə İran və Türkiyənin tənqidçi rejissorları Ehsan Kabil, Kamil Əngin, Rza Siyami və Rza Oylumun qatılımı ilə İranda türk kionusu və onun perspektivləri mövzusunda iclas keçiriləcək.

 

Festival zamanı Təbriz, Urmiyə və Ərdəbil şəhərlərində məşhur məkanlar və binalar mövzusunda fotosərgi də keçiriləcək. Sərgidə Fəyyaz Bəhram, Səccad Radpur, Damla Həsənxanlı, Dohid Nayebi, Hüseyn Vahidi, Murtaza Pursəmədi, Məhəmməd Həmidi, Mehdi Əmirpur, Aydın Təbrizi, Sabir Qazi və Mehdi Meymənədi kimi fotoqrafların əsərləri sərgilənəcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar