Güney azərbaycanlı fəal Kazım Səfabəxş 13 il həbs cəzasına məhkum edilib

25.06.2019, 15:52

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal, Tehran sakini olan “Traxtur” futbol komandası tərəfdarlarının liderlərindən (azarkeşlərə başçılıq edən lider adlanır) biri Kazım Səfabəxş məhkəmə tərəfindən 13 il azadlıqdan məhrum edilib.

 

Hazırda Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı fəal yaxınları ilə əlaqə saxlayaraq bu barədə məlumat verib.

 

O bildirib ki, iyunun 24-də Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsinə müraciət edərək hakim Müqəyyesə tərəfindən şifahi olaraq açıqlanan hökmü dinləyib. Fəal 13 il həbs cəzasına məhkum edildiyini diqqətə çatdırıb.

 

Fəalın yaxınlarının verdiyi məlumata görə, hakim Müqəyyesə “bölücü qrupu yaratmaq və idarə etmək”, “ictimaiyyəti təşvişə salmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” ittihamlarına görə qanunda nəzərdə tutulan makzimum cəzanı tətbiq edib.

 

Hakim, Kazım Səfabəxşin adminlərindən olduğu Teleqram kanalını qrup yaratmağın sübutu kimi qiymətləndirib. Çıxarılan məhkəmə hökmündə fəalın Tehran Kitab Sərgisində iştirak etməsi, “Haray Haray mən türkəm” banneri ilə şəkil çəkməsi və Milli Sərdar Səttarxanın məzarını ziyarət etməsi irəli sürülən ittihamlara əsas verən dəlil kimi qeyd olunub.

 

Kazım Səfabəxş 2018-ci il noyabrın 25-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Evin zindanının 209-cu kospusuna aparılıb. O sorğu-suala tutulduqdan sonra həbsxananın xüsusi bölümü olan 4-cü korpusa köçürülüb və hələ də həmin korpusda saxlanılır.

 

Azərbaycanlı fəalın yaxınları onun saxlanmasını Tehranın “Perspolis” komandasının liderlərindən olan Abbas İsmayılbeygi ilə yaşadığı qarşıdurma ilə əlaqələndirir. Abbas İsmayılbeygi sözdə hərəm müdafiəçiləri adlanan qüvvələrdəndir, onun Tehranın Ettelaat İdarəsi ilə əməkdaşlıq etdiyi ehtimal olunur.

 

Hakim tərəfindən şıfahi olaraq açıqlanan hökmə 20 gün ərzində etiraz etmək mümkündür.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Görüş” verilişində müzakirə: “İranda etirazlar davam edir" və "Hədis Nəcəfi" -VİDEO

2022-10-05

gun az article

Xoyda yenidən zəlzələ baş verib: Yeraltı təkanlar Təbrizdə də hiss olunub

2022-10-05

gun az article

Ərdəbil və Təbriz Universitetlərində tətil aksiyası keçirilir

2022-10-05

gun az article

Urmuda çörək qıtlığı yaranıb

2022-10-05

gun az article

“Özümüz” proqramında müzakirə: “Etirazlar və Milli Hərəkata qarşı təxribatlar” - VİDEO

2022-10-05

gun az article

Ərdəbildə divarlara milli şüarlar yazılıb

2022-10-05

gun az article

Təbriz və Tehranda daha iki mili fəal həbs edilib

2022-10-05

gun az article

Xoyda 5.7 bal gücündə zəlzələ olub

2022-10-05

gun az article

"Bacım etirazlar zamanı 3 güllə ilə öldürüldü"-Hədis Nəcəfinin bacısı

2022-10-04

gun az article

Təbrizdə gənc yazıçı Ramin Behzad həbs edilib

2022-10-04

gun az article

Güney azərbaycanlı fəala qarşı ittiham irəli sürülüb

2022-10-04

gun az article

Azərbaycanlı fəal Məlika Qaragözlü həbs edilib

2022-10-04

gun az article

“Parlaq gələcək”də müzakirə: “Ərk” Cəmiyyəti: Azərbaycan Məhbuslarının səsi” -VİDEO

2022-10-04

gun az article

Ərakda azərbaycanlı öyrənci hərəkatı fəalı Əli Lətifi həbs edilib

2022-10-04

gun az article

Ərdəbildə milli fəal Yaşar Əkbərzadə həbs edilib

2022-10-03

gun az article

Rektor Təbriz Universitetində baş verənləri inkar edib

2022-10-03

gun az article

"Qələbəni "Traxtur" azarkeşlərinə ithaf edirəm"-Qurban Berdiyev

2022-10-03

gun az article

Təbriz türk şəhəridir, Təbriz İranın deyil! – VİDEO

2022-10-03

gun az article

“Azadlıq səsi”: “İndiki durumda Güney Azərbaycanın milli mövqeyinin önəmi”- VİDEO

2022-10-03

gun az article

Ərdəbildə milli fəallar həbs edilib

2022-10-03