SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Səhənd Məali məhkumluq dövrünün 6-cı ayına daxil olub

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Səhənd Məali məhkumluq dövrünün 6-cı ayına daxil olub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Sarab şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səhənd Məali məhkumluq dövrünün 6-cı ayına daxil olub.

 

Cari ilin may ayının 2-də, təhlükəsizlik qüvvələri fəala qarşı çıxarılmış 10 aylıq həbs hökmünün icrası istiqamətində onu öz iş yerində döyərək, zorla maşına mindirib, Sarab həbsxanasına aparmışdılar.

 

Yuxarıda qeyd ediləndən başqa, Səhənd Məaliyə qarşı daha iki cinayət işi açılıb. Onlardan biri olan “dövlət əleyhinə təbliğ” ittihamı ilə fəala qarşı daha 1 il həbs hökmü verilib.

 

3-cü cinayət işi isə təhlükəsizlik qüvvələrinin şikayəti əsasında açılıb. “Öz xidməti vəzifəsini yerinə yetirən dövlət məmuruna müqavimət göstərmək” ittihamı ilə açılan cinayət işi üzrə Məaliyə daha 1 il həbs hökmü oxunub.

 

İki həftə öncə Səhənd Məalinin kassasiya şikayəti əsasında Təbrizdə apelyasiya məhkəməsi keçirilmişdi. Həmin məhkəmə iclasında fəal hakimdən məmurların iddiasının yalan olduğunu isbat etmək üçün iş yerində yerləşən kameralara baxılmasını istəmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar