Güney azərbaycanlı ixtiraçı: Urmu gölünün canlanmasında Həsən Ruhani və digər rəsmilərin rolu olmayıb

28.04.2020, 11:07

GünAz TV: Güney azərbaycanlı yenilikçi gənc alim Urmu gölünün nisbətən canlanmasında İran prezidenti Həsən Ruhani və digər rəsmilərin rolunun oynamadığını bildirib.

 

Bundan əvvəl buludların mayalanması sistemini icad edən Rza Kəholi Urmu gölündə vəziyyətin müsbətə doğru dəyişməsini yağıntıların artması ilə əlaqələndirib.

 

O bu barədə Təbrizin yerli mətbuat orqanlarına verdiyi müsahibədə danışıb.

 

“Bir zamanlar harada su gördü üzərində bənd tikən bir hökumətimiz var idi. O dövrdə Urmu gölünə tərəf axan çayların üzərində 300-dən çox bənd tikildi.

Sonrakı hökumət bir gündə 160 min su quyusunun qazılması üçün sənəd verdi.  İndiki hökumət isə hər şeyi Allahın ümidinə buraxıb. Hökumət sanki şənbə günlərini arzulayır ki, vəziyyətin yaxşılaşmasına şahid olsun!”- deyə o bildirib.

 

Yenilikçi alim vurğulayıb ki, Urmu gölünü şənbə günü deyil, Həsən Ruhani də deyil, yalnız Allah qurtardı. Son yağıntılar olmasaydı, göldə vəziyyət dəyişməzdi. Məsumə İbtikar, İsa Kəlantəri və hətta Həsən Ruhani gölün canlanması üçün heç nə etmədilər.

 

Rza Kəholi ilk olaraq 2005-ci ildə İsveçrədəki Dünya İxtiralar Festivalında iştirak etdi, burada dünyanın 38 ixtiraçısı arasında yer aldı. O Malayziya Xüsusi Texnologiya Mükafatına və İsveçrə Festivalının Gümüş medalına layiq görüldü.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vərziğanda qədim qayaüstü rəsm əsərləri tapılıb

2022-05-26

gun az article

Təbriz və Bursa qardaşlaşmış şəhər olacaq

2022-05-26

gun az article

Yaxınları milli fəal Məhəmməd Eyninin taleyindən nigarandır

2022-05-26

gun az article

"Traxtur" Şiraz klubunu məğlub edib

2022-05-26

gun az article

Sulduzda "May qiyamı" qurbanlarının xatirəsi anılıb

2022-05-25

gun az article

Azərbaycanlı veteran futbolçu Əli Dayinin Kirmana sərmayə yatırması narazılıq doğurdu

2022-05-25

gun az article

Şərqi Azərbaycan İran parlamentinin Rəyasət Heyətində kürsüsünü itirdi

2022-05-25

gun az article

“Özümüz” proqramında müzakirə: “Qaraqoyunlu dövləti” -VİDEO

2022-05-25

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxan uşaqların sayı artıb

2022-05-25

gun az article

Güney Azərbaycanda dəmiryolu işçiləri etirazlara başlayıb

2022-05-25

gun az article

Güney Azərbaycan ali məktəbləri Ərzrum Universiteti ilə əməkdaşlıq edəcək

2022-05-25

gun az article

Şərqi Azərbaycanda məktəb və dövlət idarələri bağlandı

2022-05-25

gun az article

Güneyli alimin edam hökmünün ləğvi istəyi ilə mitinqə çağırış edilib

2022-05-25

gun az article

Abbas Lisani yenidən əməliyyat olunub

2022-05-25

gun az article

Dörd gün öncə azadlığa buraxılmış güneyli milli fəal yenidən həbs edilib

2022-05-24

gun az article

İctimai fəal Ruqəyyə Beygdelinin sürgün cəzasının müddəti artırılıb

2022-05-24

gun az article

İran Məhkəmə sisteminin sözçüsü güneyli alimlə bağlı açıqlama verib

2022-05-24

gun az article

Ərtoğrul Sağlam İran Futbol Federasiyasına xəbərdarlıq etdi

2022-05-24

gun az article

Duz fırtınaları Güney Azərbaycan şəhərlərini təhdid edir

2022-05-24

gun az article

"Parlaq gələcək”də müzakirə: “1 Xordad (22 May) qiyamının ildönümü və Güney Azərbaycan gəncliyi” -VİDEO

2022-05-24