SON XƏBƏRLƏR

Güney azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi Təbrizin İnqilab Məhkəməsinə çağırılıb.

 

Azərbaycanlı fəal Məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən sentyabrın 3-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir. O “sistemin əleyhinə təbliğat aparmaq” ittihamından özünü müdafiə edəcək.

 

Azərbaycanlı fəal 2018-ci il oktyabrın 21-də virtual aləmdə yalan məlumat yaymaq, ölkəyə müxalif olan cəmiyyətlərə üzv olmaq və sistemin əleyinə təbliğat aparmaqda şübhəli bilinərək “Sepah”ın Təhlükəsizlik Bölümü tərəfindən saxlanmışdır. Lakin sonra Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi birinci iki ittihamla bağlı icraata xitam verilməsinə dair qərar qəbul edib. Fəalın üzərindən iki ittiham götürülsə də onun mühakimə prosesi sistemin əleyinə təbliğat aparmaq ittihamı ilə davam edir.

 

2018-ci il oktyabrın 21-də saxlanılan Nəsim Sadiqi bir neçə gün sonra oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Təbrizin mərkəzi zindanından sərbəst buraxılmışdır.

 

Nəsim Sadiqi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə müxtəlif təzyiqlərə məruz qalıb və dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar