SON XƏBƏRLƏR

Güney azərbaycanlılar tərəfindən sosial şəbəkələrdə “Türkcə cümələr” kampaniyası keçirir - GÖRÜNTÜ

2021.10.20, 07:36
Güney azərbaycanlılar tərəfindən sosial şəbəkələrdə “Türkcə cümələr” kampaniyası keçirir - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda türk dilinin qorunub saxlanılması və yazışmalarda daha çox istifadə olunması üçün internetdə “Türkcə cümələr” kampaniyası keçirilir.

 

Milli-mədəni fəalların təşəbbüsü ilə keçirilən kampaniyaya qatılanlar cümə günləri Teleqram, Facebook, İnstaqram və Twitter kimi sosial şəbəkələrdə istədikləri mətləbi türk dilində yazırlar. Yazışmalarda ərəb və latın əlifbasından istifadə olunur.

 

3 həftə əvvəl başlayan kampaniya sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb, kampniyaya qatılanların sayı günü-gündən artır.

 

Bəzi soydaşlarımız sadəcə adi yazışmaları deyil, hətta elmi məqalələrini də türk dilində yazır. Türk dilində yazmağı zəif bilən soydaşlarımız isə yalnız sadə cümlələri ana dilimizdə yazır, bununla yanaşı türk dilində yayılan şeir və digər yazıları öz səhifələrində paylaşırlar.

 

Kampaniya ilə əlaqədar teleqram kanalında “Türkcə cümələr” kanalı da yaradılıb, maraqlananlar bu kanalda öz yazılarını ana dilimizdə paylaşa bilərlər.

 

İranda 30 milyondan çox Azərbaycan türkü öz ana dilində yazıb oxumaq hüququndan məhrumdur. Bu səbəbdən soydaşlarımız türk dilini qoruyub saxlamaq və onu inkişaf etdirmək üçün bütün vasitələrdən istifadə edirlər.

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar