SON XƏBƏRLƏR

Gürcüstanın "Abxaziyaya hücum planı"?

2021.10.20, 07:36
Gürcüstanın "Abxaziyaya hücum planı"?

Gunaz.tv
Gürcüstanın "Abxaziyaya hücum planı"? Rusiya rəsmi olaraq xəbərdarlıq etdi Abxaziyanın rəhbəri Sergey Boqapşın iyulun 5-də verdiyi bir bəyanat qafalarda çoxlu suallar yaratdı. Abxaziya tərəfi əlində Gürcüstanın Abxaziyaya hücum planının olduğunu bildirdi. Hücum bu ilin yazında olmalı imiş. Bu məlumata Rusiya Müdafiə Nazirliyi dərhal reaksiya verərək, bölgədə irimiqyaslı müharibənin alovlanması təhlükəsinin yarandığı haqqında xəbərdarlıq etdi. Paralel olaraq Rusiya prezidenti Dmitri Medvedyevin Gürcüstan prezidenti Mixail Saakaşvili ilə Astana görüşündə gərginlyi artırmaqdan çəkinməyi məsləhət etdiyi öyrənildi. Bütün bunların fonunda Güney Osetiyada atışmaların olması maraqlı görünür. Rusiya tərəfi bildirir ki, Gürcüstan Sxinvalinin yaşayış məhəllələrini top atəşinə tutub. Gürcülər iki istiqamətdə atəş açaraq, irəliləmək istəyiblər. Onlar iki strateji yüksəkliyi tutmağa cəhd ediblər. Osetin tərəfinin cavab vermədiyi haqqında Rusiya KİV-i məlumat yayır. Gürcüstan tərəfi isə tamam əksinin baş verdiyini bildirir - osetinlər gürcü kəndlərini atəşə tutublar. Bununla da eyni zamanda Gürcüstanın iki münaqişə zonasında hərbi gərginlik yaranıb. Özü də bu, dövlət başçılarının Astananın paytaxt olmasının 10 illiyinə həsr edilmiş təntənəli mərasim ərəfəsi baş verib. Məsələyə dövlət başçıları səviyyəsində münasibət bildirilib. Gürcüstan-Rusiya münasibətlərində yeni səviyyədə nələr baş verirğ Olayların təsvirindən görünür ki, iki ölkə arasında münasibətlər getdikcə daha böyük ölçüdə hərbi müstəviyə keçir. Abxaziya və Güney Osetiya istiqamətlərində atışmaların sayı artır. Gürcüstan tərəfi bəyan edir ki, Rusiya Abxaziyaya son günlər 45 vaqon silah verib. Bu silahların tərkibində raketlər, artilleriya, zenit qurğuları və sairlər var. Yəni Rusiyanın faktiki olaraq hərbi münaqişəyə hazırlaşdığı təsəvvürü yaradılır. Abxaziya isə bütün bunları təkzib edərək Gürcüstanın hərbi yolla abxaz problemini həll etmək istədiyini bəyan edir. Bu qarşılıqlı ittihamların mənası odur ki, bölgəmiz çox həssas bir duruma gəlir. Beynəlxalq layihələrin intensiv işləməyə başladığı bir dönəmdə bu, çox təhlükəli işarətlərdir. Gürcüstan tərəfinin də məhz bu vəziyyətdə istifadə edərək risqə getdiyini müşahidə edirik. Yəni o, Azərbaycan, Türkiyə və Qərbi də risk altında qoyur. Görünür, rəsmi Tbilisi enerji faktorundan istifadə edərək ərazi bütövlüyü məsələsini həll etməyə çalışır. Yəni bilir ki, problemi öz gücünə həll edə bilməz, ona görə də dünyanın marağı ilə oynayır. Rusiya tərəfi də öz oyununu aparır. Rusiya bölgədə lokal hərbi toqquşmaların çıxmasından elə də narahat deyil. Ən azından ermənilərdən istifadə edib, prosesləri fırlada bilər. Həm də bölgədə gərginliyin yaranması Qərbin böyük enerji planlarını əngəlləyə bilər. Ona görə də müəyyən həddə qədər ruslar gürcüləri qıcıqlandıra bilərlər. Əgər hərbi toqquşmalar qeydə alınsa, Gürcüstanın daha çox zərər görmə ehtimalı çoxdur. Bununla yanaşı, Qərbin də enerji təhlükəsizliyi planlarına zərbə dəymiş olur. İndi abxazlar və osetinlərin təxribat törətmək üçün kifayət qədər arqumentləri vardır. Sergey Boqapşın gürcü planından danışması əlavə düşüncələrə yol açır. Gürcüstan üçün bu, yaxşı hal deyil. Rəsmi Tiflis məsələnin dinc yolla həll edilməsi ilə bağlı verdiyi vədlərə rəğmən bu olaya aydınlıq gətirməlidir. Qərbə həmin variant sərf etmir. Ən azından ona görə ki, Azərbaycan və Moldova da hərbi üsula əl atmaq şansı qazanırlar. Xüsusilə Azərbaycana hər tərəfdən "aman, müharibə etmə, sabitlik pozular", kimi mesajlar verənlərin arqumentləri qalmaya bilər. Bu mənada bölgədə doğrudan bir geosiyasi pat durumu yaranmaqdadır. Gürcüstanla Rusiya arasında münasibətlərin gərginləşməkdə davam etməsi halında gözlənilməz hadisələrdən heç kəs sığortalanmayacaq. Həm də bütün bölgəni əhatə edən proseslər başlaya bilər. Dünya bu məsələyə eyni zamanda özünün təhlükəsizliyinə yaranmış qorxu kimi baxmalıdır. Onu deyək ki, proseslərin qarşısını almaq da çox çətindir. Hər iki tərəf həll yoluna inanmır. Real görünəni budur. Rusiyanın da əlində Abxaziya və Güney Osetiyada yaşayanların Rusiya vətəndaşı olması faktı var. Bu dolanbacdan bölgənin necə çıxacağını proqnoz etmək asan iş deyil. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar