“Bizim sistemimizin başucalığı və inkişafı peyğəmbər tərəfindən proqnozlaşdırılıb və imamlar bunu təsdiq ediblər”-deyə, cümə imamı vətəndaşları arxayınlaşdırmağa çalışıb.
Bununla yanaşı bu həftəki cümə namazında ali rəhbər Əli Xameneyinin bölgələrdəki nümayəndələrinin çıxışları sosial media istifadəçiləri tərəfindən geniş müzakirə olunub.
Əli Xameneyinin Əlborz əyalətindəki nümayəndəsi Məhəmmədmehdi Hüseyni Həmədani Amerikanı qadınlar üçün ən təhlükəli ölkə adlandırıb.
O, Amerikanı qadın hüquqlarının pozulması, söz və mətbuat azadlığının məhdudlaşdırılması, qaçqınlara qarşı ədalətsizlik, şəxsi həyata müdaxilə kimi hüquq pozuntularda ittiham edib.
Bu çıxışdan sonra İran prezidentinin qadın və ailə məsələləri üzrə müavini Ənisə Xəzəli Məhəmmədmehdi Hüseyniyə dəstək verib və İranın dünyada qadınlar üçün ən təhlükəsiz ölkə olduğunu iddia edib.
Timur