SON XƏBƏRLƏR

Havayı qüdrət.İranın nüvə proqramı ABŞ-ın İraqı işğal etməsinin birbaşa nəticəsidir

2021.10.20, 07:36
Havayı qüdrət.İranın nüvə proqramı ABŞ-ın İraqı işğal etməsinin birbaşa nəticəsidir

Gunaz.tv
Havayı qüdrət İranın nüvə proqramı ABŞ-ın İraqı işğal etməsinin birbaşa nəticəsidir Tehran Qərbin təkliflərindən növbəti dəfə imtina etdi və bildirdi ki, uranın zənginləşdirilməsiylə bağlı apardığı işləri davam etdirəcək. ABŞ və Avropa Birliyinin yeni sanksiyalarının da prosesi dayandıra bilməyəcəyi vurğulanıb. Aydın görünür ki, Qərbin yeni təhdid və ultimatumları Tehrandakı reжimin inadını daha da gücləndirəcək, azad müzakirələrin olmadığı ölkədə mühafizəkarların mövqelərini radikallaşdıracaq. Problemin kökü isə "İran təhlükəsi" ilə əsas mübariz sayılan ABŞ-ın "İran nüvə proqramı" adlı qlobal problemin yaranmasında bilavasitə günahkar olmasıdır. Sirr deyil ki, Birləşmiş Ştatlar və İsrail rəhbərliyi İranı şər məkanı, planetdə gərginliyin əsas mənbəyi və bəşəriyyətin mövcudluğuna başlıca təhlükə sayır. Bu iddialarda bəlkə də müəyyən məntiq yox deyil. İran prezidenti Mahmud Əhmədinecatın "İsrail məhv olunmalıdır" və digər bu tipli bəyanatları Tehranla Qərb aləmi arasında qarşıdurmanı izləyənlərin nikbinliyini artırmır. Fəqət, bəyanatlar nə qədər radikal və sərt olsa da, hələ kimsə çıxışlarla savaşda qalib gəlməyib. Daha vacib olan məsələ bu ritorikanın nə dərəcdə reallaşa bilməsi, bir də İranın qələmə verildiyi qədər təhlükəli olub-olmamasıdır. Fikrimizcə, Mahmud Əhmədinecatın İranda keçirilən prezident seçkilərində qələbəsi və mühafizəkarlar düşərgəsinin həmin qələbədən bəri mövqelərini aramsız möhkəmləndirməsi ABŞ-ın Əfqanıstanı, sonra da İraqı işğal etməsinin nəticəsidir. Əvvəllər də Birləşmiş Ştatlara inanmayan rəsmi Tehran bu hadisələrdən əla bəhrələndi. İranda prezident seçkiləri Bağdadın işğalından az sonra olmuşdu. Ayətullalar dövlətin demokratikləşdirilməsi və Qərblə yaxınlaşmaya meylli olan siyasətçiləri faktiki olaraq seçkilərə buraxmamaqla sakit və qansız konstitusion çevrilişi gerçəkləşdirdilər. Həmin vaxtda isə prezidentliyə namizədlərin əksəriyyəti Qərblə münasibətləri normallaşdırmağa meylli siyasətçilərdi. Bundan başqa, islahatçılar ölkə parlamentində çoxluq təşkil edir, cəmiyyət isə aşkar şəkildə dəyişikliklər istəyərək reжimin demokratikləşdirilməsini tələb edirdi. Əslində dəyişikliklər vardı və o vaxt iranlılara elə gəlirdi ki, irəliləyişin qarşısı alına bilməz. İslam İnqilabından sonra başlayaraq pik nöqtəsinə 1990-cı illərdə çatan İran kinomatoqrafının fantastik intibahı da buna dəlalət edir. Çünki Şərqdə hadisə və proseslər sürətlə cərəyan edə bilməz. Əks təqdirdə faciəli nəticələr yaşanır: Şərqdə zamanın axarı Qərbdən fərqlidir və insanlar bambaşqa ritmdə yaşayır. Məsələn, İranın sabiq prezidenti Məhəmməd Xatəmi Konstitusiya ilə nəzərdə tutulan ikinci səlahiyyət müddətini başa vurandan sonra Qərbdə nüfuz sahibi idi, dövlət strukturunda islahatlar aparılması və Tehranın dünya birliyi ilə yaxınlaşması ideyalarını uğurla inkişaf etdirirdi. Lakin Əfqanıstan və İraq savaşları hər şeyi alt-üst etdi. "İslam İnqilabı Keşikçiləri" ("Pəsdəran") isə situasiyadan məharətlə yararlandı. Hər iki savaş inanlılara İslami dəyərlərə Qərbin birbaşa və aqressiv hücumu kimi təqdim olundu, İran cəmiyyətinə deyildi ki, bəs Tehran da ABŞ və NATO-nun hücumuna məruz qala biləcək növbəti hədəf ola bilər: buna görə ölkənin klerikal rəhbərliyi ətrafında daha sıx birləşmək gərəkdir. Ölkədəki seçki barədə demokratik qanun da mollalara kömək etdi. Qanunvericiliyə görə, 15 yaşı tamam olmuş hər iranlı səs verə bilər. 15 yaş isə yeniyetməlik, dünyanın fərdi anlamının gərgin axtarışlar dönəmidir və belə vaxtda insan ideoloжi "yemlənmə"yə daha tez uyur. Ystəlik son 20 ildə İranda doğum səviyyəsi rekord vurduğundan yeniyetmələr prezident seçkisinin taleyini Mahmud Əhmədinecatın xeyrinə həll etdilər. İranlı gənclər üçün Əhmədinecat "İslam İnqilabının adamı", Tehranın meri postunda özünü uğurlu inzibatçı kimi göstərmiş şəxsdi. Özünü mütərəqqi sayan dünya birliyi isə beynəlxalq koalisiyanın İraqdakı "uğur"larından elə ekstaza düşmüşdü ki, qonşu İrandakı konstitusion çevrilişi eyninə belə almadı. Qərb sadəcə, bunu görmədi: çünki silah gücünə istənilən problemi həll etməyin mümkünlüyünə əmindi. ABŞ isə dərk etmək istəmədi ki, 1991-ci ildən bəri davam edən iqtisadi skanksiyalara görə silah və hərbi sursat baxımından zəif, əhalinin 80%-nin dəstəkləmədiyi İraq ordusu beynəlxalq alyansın qoşunlarına heç bir halda güclü müqavimət göstərə bilməzdi. İranda xalq əndişəsi və anti-Qərb ritorikası dalğasında hakimiyyətə gələn Mahmud Əhmədinecat ayətullaların dəstəyi ilə milləti asanlıqla inandırdı ki, bəs yalnız "nüvə qalxanı" ölkəni "şər qüvvələrdən xilas edə bilər". Bundan sonrakı işlər isə sadəcə, siyasi texnika məsələsi idi. İraqın işğalından sonra dünya bazarlarında neft qiymətlərinin kəllə-çarxa qalxması isə Tehrana nüvə proqramını həyata keçirmək və uranı zənginləşdirməyə imkan verdi. Beləcə, Tehrandakı molla reжimi öz mövqelərini tamamailə müftə-müsəlləm şəkildə gücləndirdi. Bu gücü hakim reжimə ABŞ və onun müttəfiqləri hədiyyə etdilər. Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar