SON XƏBƏRLƏR

HƏBS OLUNAN TƏLƏBƏLƏRI DƏSTƏK MƏQSƏDILƏ BABƏK QALASINA YÜRÜŞ OLDU

2021.10.20, 07:36
HƏBS OLUNAN TƏLƏBƏLƏRI DƏSTƏK MƏQSƏDILƏ BABƏK QALASINA YÜRÜŞ OLDU

Gunaz.tv
HƏBS OLUNAN TƏLƏBƏLƏRI DƏSTƏK MƏQSƏDILƏ BABƏK QALASINA YÜRÜŞ OLDU telebeazoh-1.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən çoxlu sayda Güney Azərbaycanın öyrənciləri və milli hərəkat fəalları Babək qalasına yürüş edərək müqavimət və qəhrəmanlıq simvolu olan Babəkin qalasını ziyarət etmiş və qalada 200-dən artıq tələbə, milli hərəkat fəalı əllərində məhbusların şəkillərini tutaraq həbsdə saxlanılan və işgəncələrə məruz qalan tələbə və milli hərəkat fəalını haqq yolda olduqlarını bəyan edərək onları son nəfəsə qədər müdafiə edəcəklərini bəyan ediblər. Xatırladaq ki, 200-dən artıq soydaşımız Babək qalasına çatdıqdan sonra vətənpərvərlik şeirlər oxuyaraq son günlərdə həbslərlə bağlı geniş məruzələr ediblər. Yürüşün sonunda Azərbaycanın milli marşı “Çırpınırdı Qara dəniz” mahnısı və başqa vətənpərvərlik mahnıları müşaiyyətilə ifa olunub. Bir daha həbsdə olan milli hərəkat fəallarını və tələbələri son nəfəsə qədər müdafiə edəcəklərini bəyan ediblər. Xatırladaq ki, 200-dən artıq soydaşımız Güney Azərbaycanın bütün bölgələrindən təşkilatlanmış formada qalaya yürüşü ediblər. Təhlükəsizlik qüvvələri kamera və fotoaparatla yürüş iştirakçılarını lentə alsa da soydaşlarımız onların bu işinə soyuqanlıqla və gülüş münasibəti bildirib. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar