SON XƏBƏRLƏR

Həbsdə olan Nazənin Zağərinin koronavirusa yoluxduğu ehtimal edilir

2021.10.20, 07:36
Həbsdə olan Nazənin Zağərinin koronavirusa yoluxduğu ehtimal edilir

Gunaz.tv

GünAz TV: Məhkumluq həyatı yaşayan insan haqları fəalı Nazənin Zəğərinin koronavirusa yoluxması ehtimal edilir.

 

Bu barədə onun həyat yoldaşı Riçard Ratklif məlumat yayıb. O bildirib ki, Nəzanin Zağəri ilə telefon əlaqəsi yaradıb və onun səhhətinin qənaətbəxş olmadığını hiss edib. Riçard Ratklif həyat yoldaşının koronavirusa yoluxduğunu ehtimal edir.

 

Bir neçə gün öncə isə Riçard Ratklif xanımına soyuq dəydiyini və boğazında ağrıların olduğunu demişdi.

 

Xatırladaq ki, bir müddət əvvəl siyasi məhbusların ailələri bəyanat yayaraq, həbsxanalarda koronavirusun yayılmasından bərk narahatlıq keçirdiklərini, buna görə də, rəsmilərdən böhranın sona çatmasına qədər öz yaxınlarının azadlığa və ya məzuniyyətə buraxılmalarını istəmişdilər.

 

Urmiya mərkəzi həbsxanasında məhkumluq həyatı yaşayan Fərid Məhəmmədinin artıq koronavirusdan vəfat etdiyi barədə ailəsi məlumat yayıb. Onun ölüm tarixi məlum olmasa da, Məhəmmədinin 20 gün xəstəxanada müalicə aldıqdan sonra vəfat etməsi deyilir.

 

Bundan əlavə, sözügedən həbsxanada adı çəkilməyən bir məhbusun da koronavirusa yoluxduğu barədə məlumatlar var.

 

Qeyd etmək lazımdır ki, Britaniya vətəndaşı olan Nazənin Zağəri 2016-cı ildə ailəsi ilə görüşmək üçün İrana səfər etmişdi. O, ölkədən çıxarkən Tehran hava limanında İran təhlükəsizlik qüvvələri tərəfindən azyaşlı qızı Qabriyela ilə birlikdə saxlanılmışdı. O, “casusluq” ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar