SON XƏBƏRLƏR

“Həft Təpə”nin həbsxanadan yeni azad edilmiş işçisi ETTELAT nazirini debata dəvət edib

2021.10.20, 07:36
“Həft Təpə”nin həbsxanadan yeni azad edilmiş işçisi ETTELAT nazirini debata dəvət edib

Gunaz.tv

GünAz TV: “Həft-Təpə” şəkərqamışı zavodunun həbsxanadan yeni azad edilmiş işçisi İsmayıl Bəxşi özünün instagram səhifəsində olan hesabında yazdığı postda təcridxanada qaldığı 25 gün ərzindən fiziki və psixoloji işgəncələrə məruz qaldığını yazaraq, ETTELAT naziri Mahmud Ələvini canlı televiziya debatına çağırıb.

 

Bəxşi öz yazısında bildirib ki, İran Kəşfiyyat Nazirliyi- ETTELAT-ın əməkdaşları onun həyat yoldaşı ilə şəxsi danışıqlarına gizli qulaq asıb, təcridxanada qaldığı 25 gün ərzində isə onu ölənə qədər döyüb. Bəxşinin sözlərinə görə, döyüləndən sonra 72 saat yerindən tərpənə bilməyib.

 

Bəxşi eləcə də, ETTELAT əməkdaşlarının onu və “Həft- Təpə” şirkətinin əməkdaşlarının etirazları ilə əlaqədar həbs edilən siyasi aktivist Sepidə Qaliyanı nalayiq ifadələrlə təhqir etdiklərini də yazıb.

 

İsmayıl Bəxşi “Həft- Təpə” şəkərqamışı şirkətinin fəhlələrinin nümayəndələrindən biridir. O, noyabr ayının sonlarında şirkət əməkdaşlarının etirazları çərçivəsində həbs edilsə də, bu yaxınlarda 25 gün saxlandıqdan sonra zəmanət qarşılığında məhkəmə keçirilənə qədər şərti olaraq azadlığa buraxılıb.

 

Bəxşi öz yazısında həmçinin ETTELAT əməkdaşlarının ona verdiyi işgəncələrdən sonra psixoloji vəziyyətinin gərginləşdiyini, buna görə də əsəb və depressiya əleyhinə dərmanlar içdiyini deyib. Onun sözlərinə görə, gördüyü ağır işgəncələrdən sonra hazırda sınmış qabırğaları, sol qulağı, böyrəkləri və qasıq nahiyəsi də daxil olmaqla, bədəninin əksər hissələrində kəskin ağrılar hiss edir.

 

Xatırladaq ki, İranın Həft-Təpə bölgəsində yerləşən şəkərqamışı istehsalı ilə məşğul olan zavodun əməkdaşları öz əmək haqlarının ala bilmədikləri üçün 2018-ci ilin noyabr- dekabr ayları ərzində dinc etiraz aksiyaları keçirən zaman İsmayıl Bəxşi və Sepidə Qəliyan da daxil olmaqla, onlardan bir çoxu ETTELAT tərəfindən həbs edilmişdi.  Həbs edilənlər ağır psixoloji və fiziki işgəncələrə məruz qaldığı barədə məlumatlar yayılıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar