SON XƏBƏRLƏR

Həmədan Tibb Universitetinin öyrənciləri ana dilində təhsil tələb ediblər – GÖRÜNTÜ

2021.10.20, 07:36
Həmədan Tibb Universitetinin öyrənciləri ana dilində təhsil tələb ediblər – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Həmədan şəhərinin Tib Universitetinin öyrənciləri əllərində plakat tutaraq ana dilində təhsil tələb ediblər.

 

Təhsil tələbi oktyabrın 18-də öyrəncilərin keçmiş təhsil naziri Dr. Həmidrza Hacı Babayi ilə görüşdə gündəmə gəlib.

 

Öyrəncilər ana dilinin tədrisi ilə əlaqədar konstitusiyanın 15 və 19-cü maddələrinin icra olunmasını tələb edib.

 

Öyrəncilərin əsas tələbi məktəblərdə türk dilinin tədris olunması, həmçinin əyalət və ya bütün İranda yayımlanan türk dilində televiziya kanalının açılması olub.

 

Öyrəncilər nazirə15-ci maddənin icrası və Həmədan Əyalətində yayımlanan telekanalın əyalət əhalisinin yarıdan çoxunu təşkil edən türklərin tələblərini nəzərə almayaraq onları təhqir etməsi ilə bağlı suallar veriblər. Nazir öyrəncilərin suallarına mənasız cavab verib. Keçmiş nazirin cavabları o qədər dəxlisiz olub ki, öyrəncilər bu sözlərin ölkənin qeyri-fars millətlərinə yaraşmadığı qənaətinə gəliblər. “Ölkədə yaşayan qövmlər inqilabın əvvəlində İran İslam Cümhuriyyətinin qorunması uğrunda var gücləri ilə çalışıblar. Onlar hələ də ədalətin icra olunmasını gözləməlidir?! Bu kimi cavablar İrandakı qövmlər üçün aşağılayıcı deyilmi?! İslam ədaləti budurmu?!” deyə öyrəncilər soruşub.

 

İran rejimi türk milləti və onun kimliyini özünə qarşı təhlükə kimi gördüyü üçün, bu millətin ümumiyyətlə İranda mövcudluğunu inkar edərək onları türk deyil, azəri və ya iranlı adlandırır. Rejim milli kimliyik və ana dilinində təhsil tələb edən azərbaycanlı fəalları ən ağır şəkildə cəzalandırır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar