SON XƏBƏRLƏR

Həmədanda “Aşıqlar və Musiqilər” mərasimi keçiriləcək

2021.10.20, 07:36
Həmədanda “Aşıqlar və Musiqilər” mərasimi keçiriləcək

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın tarixi Həmədan şəhərində “Aşıqlar və Musiqilər” adlı mərasim keçiriləcək.

 

Fevralın 15-də keçiriləcək mərasim “Buəli Sina mədəniyyət mərkəzi”ndə baş tutacaq. Mərasimdə ustad Maşallah Rəssamın sənət sahəsindəki fəaliyyəti təqdir olunacaq.

 

“Aşıqlar və Musiqilər” mərasimində Həmədan Əyalətinin aşıqları ilə yanaşı Türkmən-Səhranın da aşıqları iştirak edib, musiqi ifa edəcəklər.

 

Türk dünyasında “aşıq”, “ozan”, “bamsı” və “baxşı” adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıb. Güney Azərbaycanda aşıq sənətinə xüsusi əhəmiyyət verilir, bu sənət bütün məhdudiyyətlərə baxmayaraq inkişaf etdirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar